Şrift:
Yaponiyanın Baş naziri Türkiyəyə güclü zəlzələ ilə əlaqədar başsağlığı verib
02.11.2020 [10:50] - Gündəm, Sosial
Noyabrın 2-də Yaponiyanın Baş naziri Yoşihide Suqa Türkiyə rəhbərliyinə ötən həftənin sonlarında baş verən güclü zəlzələ nəticəsində onlarla insanın həlak olmasına görə başsağlığı verib.

Kyodo agentliyi xəbər verir ki, bu barədə Baş nazir Yoşihide Suqa türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı bəyanatında bildirib. Zəlzələ nəticəsində xəsarət alanların tezliklə sağalmasını arzuladıqlarını qeyd edən Y.Suqa deyib: “Biz çoxlu sayda insanın həlak olması və böyük miqdarda zərərin dəyməsi barədə xəbərlərə görə dərindən kədər hissi keçiririk”.

Bəyanatda daha sonra bildirilir: “Türkiyə kimi, Yaponiya da zəlzələlər nəticəsində ciddi zərər çəkib. Həm Yaponiya, həm də Türkiyə əvvəlki zəlzələlər zamanı daim bir-birinə dəstək olublar. Yaponiya bu çətinlikləri aradan qaldırmaq üçün həmişə Türkiyə xalqının yanındadır”.

Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi də məsələ ilə bağlı verdiyi açıqlamada ölkəsinin Türkiyəyə hər cür ehtiyac olan yardımı göstərməyə hazır olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed