02.11.2020 [11:26] - Xəbərlər, Mədəniyyət
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü Nurgali Jusipbay Qazaxıstan Yazıçılar Birliyinin rəhbəri Uluğbek Esdevletin Azərbaycanın hərb və siyasət meydanındakı irəliləyişi ilə bağlı fikrini öyrənib.
Dünya Gənc Türk Yazarlar Birliyindən bildirilib ki, qardaş ölkənin şair və yazıçılarını birləşdirən ən böyük və qocaman təşkilatın başçısı, görkəmli şair Uluğbek Esdevlet belə deyib: “Azərbaycan xalqı bizim qandaşımız, dildaşımız, əqrəbamızdır. Biz, şair və yazıçılar olaraq, gəncliyimizdən bu yana Azərbaycanın da şair və yazıçıları ilə dost olduq... 25 ildir ki, Qazaxıstan Xarici işlər Nazirliyinin UNESCO Ədəbi əlaqələr bölümünə rəhbərlik edirəm. O dönəm diplomatiya təhsili üçün Ankaraya getdim. Orada bir qrup azərbaycanlı məsləkdaşımızla birlikdə təlim-təhsil seminarına qatıldıq. Təlim-təhsilin sürdüyü ilk üç ya da dörd seminarda Ermənistan-Azərbaycan çatışması ilə bağlı ətraflıca bilgi qazandım. Mövzunu daha sonra da araşdırdım. Bilinən odur ki, Ermənistan Azərbaycan torpaqlarının yüzdə 20-ni işğal etmişdir. O torpaqlarda yaşayan Azərbaycanlılar isə məcburi köçkün olmuşdur. İllər sonra, TÜRKSOY-un təşəbbüsü ilə, Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin şeirlərini qazaxcaya çevirdim. Vaqif eşqin şairidir; eyni zamanda, dərin fəlsəfə sahibidir. Onun şeirlərini qazaxcaya çevirərkən, həyatını da incələdim. Molla Pənah Vaqif Qarabağ xanlığında vəzirlik etmiş bir şairdi. Yəni, sadə bir həqiqət çıxır ortaya: Orta çağda Qarabağ Azərbaycanındı, orda Azərbaycanın xanlığı vardı. Vaqifin şeirlərini çox bəyəndim, sevərək, ilhamla tərcümə etdim. Vaqifin şeirlərinin dünya dillərində çap olunan kitablarda mənim də tərcümələrim yer alıb. Şairin 300 illik yubileyinin Bakıda keçirilən təntənəli tədbirdə iştirak edərək onun şeirlərini qazaxca oxudum. Dili çox yaxın olduğundan Vaqifin şeirlərinin çevrilməsi də çox keyfiyyətli oldu. Fərq etdiyim o ki, 300 il öncəki türkcə qazaxcaya çox yaxındır. Bəli, bu gün Azərbaycan işğal edilən torpaqlarını azad edir. Bu, Azərbaycanın öz torpaqlarını özünün azad etməsidir. İndiki nəsil kəndləri, yaşayış məntəqlərini işğaldan qurtarmağı öz vəzifəsini yerinə yetirmək kimi görür. Mən belə qəbul edirəm ki, Azərbaycanın öz torpaqlarını azad etməsi, indiki nəslin əcdadları qarşısındakı borcunu ödəməsidir. Mən Azərbaycan xalqına xoşbəxtlik, əmin-aman günlər və ədalətli barış diləyirəm”.

Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |