02.11.2020 [11:29] - Gündəm, Sağlıq
Mutasiyaya uğramış SARS-CoV-2 virusu insan orqanizmində yaranan və virus üçün dağıdıcı olan antiteldən yayınmağı “öyrənib”. Lakin dəyişikliyə uğramış virusun yoluxuculuğunun artmasına nəyin kömək etdiyi alimlər üçün hələlik tam aydın deyil.
TASS informasiya agentliyi xəbər verir ki, bununla əlaqədar Ostində Texas Universitetindən və Hyustonda Metodist xəstəxanasından (ABŞ, Texas ştatı) koronavirusun yeni mutasiyaları üzərində işləyən bir qrup alim laboratoriya şəraitində təcrübə aparıb. Araşdırmanın nəticələri “mBIO” jurnalında dərc edilib. Tədqiqatçıların məlumatına görə, pandemiyanın əvvəlində bölgədə koronavirus xəstələrinin 71 faizində virusun əsasən D614G mutasiyası aşkarlanıb. Texas Universitetinin Molekulyar biologiya kafedrasının məlumatına görə, SARS-CoV-2 neytral dreyf adlandırılan yeni kombinasiya sayəsində mutasiya edir. Genetik dəyişikliklərin təsadüfi uyğunlaşması hesab edilən bu proses virusa zərər vurmur, ona insanın immun sisteminə təsir göstərməyə kömək edir.
Texas alimləri qeyd edirlər ki, koronavirusun ikinci dalğası regionu bürüyəndə yoluxma, demək olar, 100 faiz artıb. Yayda xəstəliyin artması ilə bağlı statistika açıqlananda 28 min genom ardıcıllığında məhz D614G mutasiyasının infeksiyasının geniş şəkildə yayılmağa səbəb olduğu aşkarlanıb.
Hazırda alimlər D614G mutasiyalı virusun bu cür aqressiv olduğunun səbəbini aydınlaşdırmağa çalışırlar. Həmçinin güman edilir ki, yeni viruslar aktivdir və təbii seçmə prinsipinə görə, insanı daha tez yoluxdurur, sağlam hüceyrələrə mutasiyasız virusdan daha çox zərər vurur.
Alimlərin fikrincə, vaksinlər və koronavirus əleyhinə preparatlar önləyici tərkibdə olmalıdır. Belə olan halda, həm mövcud, həm də gələcəkdə yarana biləcək mutasiyalar bir o qədər də qorxulu olmayacaq.
Tədqiqatçılar qeyd ediblər ki, 285 mutasiya xəstəliyin ağırlığına xoşbəxtlikdən təsir etməyib.

Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |