Şrift:
Ukraynada koronavirusa yoluxanların sayı 400 mini ötüb
02.11.2020 [12:11] - Gündəm, Sosial
Ukraynada koronavirusa yoluxanların sayı 400 mini ötüb.

Ukrayna Səhiyyə Nazirliyi xəbər verir ki, ötən gün Ukraynada 6754 nəfər koronavirusa yoluxub. Bununla da pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 402 min 194-ə çatıb, 163 min 768 nəfər müalicəsini başa vurub. Ən çox yoluxma halları Kiyev, Lvov, Jitomir və Xarkov vilayətlərində qeydə alınıb.

Ötən gün ölkədə 69 nəfər koronavirusdan həyatını itirib. Bununla da bu infeksiyadan ölənlərin ümumi sayı 7375 nəfərə çatıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti dekabrın 31-dək uzadılıb və karantin şərtləri sərtləşdirilib.
Bu xəbər oxucular tərəfindən 386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed