Şrift:
Paytaxtda koronavirusa ən çox yoluxma halı Binəqədi rayonunda qeydə alınıb
02.11.2020 [12:12] - Gündəm, Sosial
Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

Koronavirusinfo.az saytı xəbər verir ki, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,6 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,7 faizi Xətai, 11,6 faizi Yasamal, 11,5 faizi Sabunçu, 8,6 faizi Nəsimi, 8 faizi Nərimanov, 8 faizi Suraxanı, 7,2 faizi Nizami, 6,7 faizi Qaradağ, 5,9 faizi Xəzər, 4,8 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 55,2 faizi paytaxtda qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed