Şrift:
Rusiya Ermənistanı silahlandırdığını açıq şəkildə bəyan etdi
16.11.2012 [11:31] - Gündəm, Siyasət
Müdafiə sənayesi sahəsində Rusiya və Ermənistan arasında bu günlərdə əldə edilən razılaşma ilk növbədə düşmən ölkənin silahlı qüvvələrinin modernləşdirilməsinə xidmət edir.

Bu barədə Rusiya mətbuatına bu ölkənin Müdafiə Nazirliyi yanında ictimai şuranın sədri, Dünya Silah Ticarəti Analiz Mərkəzinin rəhbəri İqor Korotçenko bildirib: “Rusiya Cənubi Qafqazda gərginliyin tərəfdarı deyil və Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir. Azərbaycan son zamanlar hərbi potensialını artırır. Rusiya da Ermənistana hərbi-sənaye kompleksini yaratmağa kömək edir. Nəzərə alaq ki. Azərbaycanın çox güclü müdafiə sənayesi var”.

Rusiyanın eyni zamanda həm də Azərbaycana silah satması ilə bağlı suala cavabında ekspert belə cavab verib: “Bunda qəribə heç nə yoxdur. Azərbaycan MDB-nin üzvüdür. Rusiya da kommersiya məqsədi ilə silah satışıyla məşğul olur. O ki, qaldı Ermənistana, Rusiya İrəvana silahı güzəştli qiymətlərlə satır, məsələn ZRK S 300-ü. Əks təqdirdə bu Ermənistanın büdcəsinə olduqca mənfi təsir göstərərdi”.

Ekspertin fikrincə, Ermənistana ucuz silah satışı Azərbaycanın hərbi potensialı ilə balans yaratmaq məqsədi daşıyır.
Bu xəbər oxucular tərəfindən 1675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed