Şrift:
Naxçıvan Muxtar Respublikasından Vanda zəlzələdən zərər çəkənlərə yardım göndərilib
29.10.2011 [11:56] - Gündəm
Naxçıvan şəhərində Vana yardım məqsədi ilə bank hesabı açılıb

Naxçıvan Muxtar Respublikasından Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkənlərə yardım göndərilib. Türkiyə mətbuatının verdiyi məlumata görə, 4 TIR avtomobilindən ibarət yardım karvanı bu gün Vanda zəlzələ bölgəsinə çatdırılıb.

Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov jurnalistlərə bildirib ki, Naxçıvandan göndərilən yardım karvanı ilə Vana 60 ton yardım yola salınıb. Bu yardımların ümumi dəyəri 170 min ABŞ dollarıdır.

Naxçıvan şəhərində Vana yardım məqsədi ilə bank hesabının açıldığını deyən baş konsul bu hesaba artıq 55 min dollar vəsait toplandığını, yaxın vaxtlarda həmin yardımın zəlzələdən zərər çəkənlərə çatdırılacağını vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed