Şrift:
Gürcüstanla Azərbaycan sərhədi yaxınlığında etiraz aksiyası keçirilib
16.11.2012 [11:48] - Gündəm, Borçalı
Gürcüstanın Kaxeti bölgəsindəki Dedoplistskaro rayonunun Samtaskaro kənd əhalisi etiraz aksiyası keçirib.Məlumata görə, aksiya iştirakçıları Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı Muğanlı körpüsünün

açılmasını tələb ediblər. Sakinlər bu tələblə Gürcüstan sərhəd nəzarət buraxılış məntəqəsi yaxınlığında aksiyası keçiriblər.

Məlumata görə, həmin körpü 4 ildir ki, bağlanıb. Kənd sakinləri bildiriblər ki, buradan qaçaqmalçılıq yolu ilə mallar keçirildiyi səbəbi əsas gətirilərək körpü bağlanılıb. “Həmin körpüyə sərhəd polisi nəzarət edir. Bizə avtomobil ilə Azərbaycana getmək qadağan edilib, yalnız piyada sərhədi keçə bilirik. Biz Azərbaycandakı qohumlarımızla görüşə bilmirik. Piyada 7 km getmək məcburiyyətindəyik. Bu ərazidə heç bir nəqliyyat vasitəsi yoxdur. Biz yalnız Laqodexi tərəfdən maşınla Azərbaycan tərəfə keçə bilirik, bu isə böyük xərc tələb edir,” deyə aksiya iştirakçısı Sandro Xiladze bildirib.
Məlumata görə, hadisə barədə Gürcüstan parlamentinin deputatı Lekso Tamazaşvili də xəbər tutub. O, bildirib ki, qaldırılan məsələ barədə parlamentə məlumat verəcək.
Bu xəbər oxucular tərəfindən 1356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed