03.11.2020 [11:28] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Paşinyan artıq ölüb, sadəcə, Ermənistan cəmiyyəti və siyasətçiləri onun necə dəfn edilməsi istiqamətində fikirləşir”
Vətən müharibəsində Azərbaycanın qələbə əldə etdiyi heç kim üçün sirr deyil. Sadəcə, həmin qələbəni tam şərtləndirən son akkordlar qalıb və onun da reallaşacağı an məsələsidir. Faktiki olaraq, Ermənistan yeni rəhbərliyinin yürütdüyü səhv, inadkar siyasətin ucbatından bu müharibəyə təhrik edildi.
Bütün sülh variantlarından imtina edən Ermənistan rəhbərliyi nəyə nail oldu? Əslində saxladığı işğal altındakı əraziləri itirdi, ordusu isə tam məhv oldu. Ermənistanın verdiyi itki və yaralı sayı on minlərlə ölçülür. Artıq Ermənistan cəmiyyətində də belə bir fikir hakimdir ki, onları bu oyuna Paşinyan soxub və ortada heç bir nəticə əldə olunmayıb. Paşinyanın qeyri-konstruktiv mövqeyilə bağlı Prezident İlham Əliyev də verdiyi müsahibələrdə geniş bəhs edir.
Sitat: ”Biz heç vaxt danışıqlardan imtina etməmişik. Əvvəlki illərdə danışıqlar prosesində çətin vaxtlar yaşamışıq. Heç də hər şey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri ilə bizim prosesimiz olub və biz mərhələli yanaşmanı işləyib hazırlamışdıq. Əks halda, biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik. Bu, faydasız vaxt deyildir. Hesab edirəm ki, biz çox böyük irəliləyişə nail olmuşduq. Mən bu prosesdə 2003-cü ildən bəri iştirak edirəm. Mən Ermənistanın iki sabiq prezidenti ilə işləmişdim. Biz irəliləyişə nail olduq, bu asan deyildi. Bizdə çox müxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildə irəliləyirdik və indiki məqamda əldə etdiklərimizi işləyib hazırlamışdıq. Paşinyan hakimiyyətə gəldikdən sonra nəinki ondan əvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki Ermənistanın mövcud olmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi davranmaq istəyirdi. O, işlənilmiş bütün prinsipləri məhv etdi. Buna görə bütün məsuliyyət onun və onun hökumətinin üzərindədir.
Yeri gəlmişkən, Ermənistanda rasional insanlar bunu başa düşür. Onlar Ermənistan əhalisinə xəbərdarlıq edərək bu şəxsin onların ölkəsini fəlakətə apardığı ilə bağlı bəyanatlar verirlər. Danışıqlarda belə davranmaq olmaz, Azərbaycanı belə təhrik etmək olmaz.
Digər bir təxribat Azərbaycanın qədim Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. O bunu nəyə görə etdi? Azərbaycanlıların hisslərini təhqir etmək üçün. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün? Azərbaycanlılara qarşı daha bir təhqir. Onlar işğal olunmuş ərazilərdə Livandan olan erməniləri açıq şəkildə məskunlaşdırır və bunu televiziyada nümayiş etdirirlər. Bu, Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır və burada məqsəd onların bizə qarşı nifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey danışıqlar prosesini məhv etmək məqsədini daşıyırdı. Lakin indi onlar danışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünya liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün məsuliyyət daşımalısan. Erməni xalqı, - mən bir neçə gün bundan əvvəl Ermənistan xalqına müraciət etdim, - buna görə onu məsuliyyətə cəlb etməlidir. Bizim erməni xalqı ilə problemimiz yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar “Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq”.
Göründüyü kimi, ölkə başçısı da Paşinyanın ən böyük ziyanı erməni xalqına vurduğunu bildirir. Maraqlıdır, müharibə Ermənistanın tam məğlubiyyətilə yekunlaşandan sonra Paşinyanı hansı aqibət gözləyə bilər: həbs, öldürülmə və ya ölkədən qaçma?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda Paşinyanı əvəz etmək gücündə olan qüvvələr həmin prosesə o qədər də maraq göstərmirlər: “Çünki kimsə məğlubiyyət aktına Paşinyanın əvəzindən imza atmaq istəmir. Gözləyirlər ki, bu məsələnin hüquqi cəhətdən təsbiti yekunlaşsın. Artıq bizim tələbimiz budur ki, Ermənistan məğlubiyyətini etiraf etsin. Müharibənin ilkin fazasında Paşinyana təklif olundu ki, keçmiş prezidentlər və xarici işlər nazirlərindən ibarət bir qurum yaransın. O buna razılıq vermədi. Cəmiyyətin özü Paşinyana qarşı çox aqressivdir. Hələ onlar bütün gerçəklikləri bilmirlər. Meyitlər yiyələrinə tam təhvil verilməyib. Mediaları hər gün əhalini aldadır. Təsəvvür edin ki, əsl kerçəkliklər məlum olsa nə baş verəcək?! İşğal edilmiş ərazilərin tam itirildiyini görəndən sonra Paşinyana belə sual ünvanlanacaq: belə olacaqdısa, niyə bu qədər adamın ölümünə səbəb oldun? Bütün bunların qabağında dayanmaq onun üçün asan olmayacaq. Onun belə bir əminliyi var ki, Rusiyadan qırılıb başqa ölkələrə sığınsa, kimsə onu xilas edə bilər. Azərbaycan tərəfi də Ermənistanın məsuliyyətini müəyyən etmək üçün sənədləşmə işləri aparıb. Biz onlardan külli miqdarda təzminat tələb edirik. Üstəlik, Paşinyan dinc əhaliyə qarşı son terror aktları ilə də bağlı beynəlxalq hüquq qarşısında cavab verəcək. Hər tərəfdən məngənədə qalan Paşinyanın xilas olma şansı, demək olar ki, yoxdur. Paşinyanın bundan sonrakı bütün hərəkətləri bataqlıq effekti verəcək. İrəliləməyə çalışdıqca batacaq. Bunun bizdən ötrü elə bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan artıq öz məsələsini həll edib. Paşinyan artıq ölüb, sadəcə, Ermənistan cəmiyyəti və siyasətçiləri onun necə dəfn edilməsi istiqamətində fikirləşir”.
Müsahibimiz qeyd etdi ki, biz qalibik, kapitulyasiya aktını isə Paşinyan istəsə də, istəməsə də imzalamalı olacaq.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |