04.11.2020 [10:13] - Gündəm, Sosial
İsveç Maliyyə naziri Magdalena Andersson, İsveç hökumətinin koronavirusla mübarizəyə bölgələrə maliyyəni ikiqat artırmaq niyyətini açıqlayıb, çünki ölkə COVID-19-a yoluxmanın artması ilə əlaqədar büdcəyə dəyişiklik etməyə hazırlaşır.
İsveç KİV-ləri xəbər verir ki, artıq bu gün hökumət büdcəyə dəyişikliyin edilməsi məsələsini müzakirə etmək üçün toplanıb. Dəyişikliklərdən biri, bölgələrin koronavirusla mübarizədə üzləşdiyi tibbi və digər xərcləri maliyyələşdirmək üçün əlavə 10 milyard İsveç kronunun (təqribən 1,27 milyard dollar) ayrılması olacaq.
İsveç hökuməti, pandemiya boyunca karantin və lokdaun tədbirini tətbiq etməkdən imtina edib. Lakin sonradan İsveçdəki virus qurbanlarının sayı qonşu ölkələrə nisbətən daha çox olduğu ortaya çıxıb. Yaz aylarında ölüm və infeksiya sayında bir az azalma olmasına baxmayaraq, oktyabr ayından başlayaraq, pandemiya ilə əlaqədar vəziyyət krallıqda yenidən pisləşməyə başlayıb.

Bu xəbər oxucular tərəfindən 257 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |