Şrift:
Cənubi Koreya sərhədini pozan KXDR vətəndaşı saxlanılıb
04.11.2020 [10:45] - Gündəm, Sosial
Cənubi Koreya hərbçiləri iki ölkə arasında faktiki sərhəd xəttini pozan Koreya Xalq Demokratik Respublikasının (KXDR) vətəndaşını saxlayıblar

Yonhap agentliyi xəbər verir ki, Şimali Koreya vətəndaşı sərhədi keçdikdən 10 saat sonra saxlanılıb. İlkin ehtimala əsasən, həmin şəxs Cənubi Koreyaya sığınmaq niyyətində olub. Sərhəd xəttindəki xüsusi nəzarət cihazları Şimali Koreya vətəndaşının noyabrın 3-də axşam vaxtı sərhədi keçdiyini aşkarlayıb.

Hələlik sərhədi pozan şəxsin hərbçi və ya mülki şəxs olması bilinmir. Müvafiq təhqiqat aparılır. Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahından bildiriblər ki, hadisə vaxtı və sonra Şimali Koreya tərəfdə hərbi qüvvələrin hər hansı hərəkətliliyi müşahidə olunmayıb. Buna baxmayaraq, Cənubi Koreya silahlı qüvvələri təhlükə ehtimalı ilə hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, ötən illərdə 33 mindən çox şimallı iki ölkə arasında sərhəd xəttini keçməklə və ya 3-cü ölkələr üzərindən Cənubi Koreyaya sığınıb.
Bu xəbər oxucular tərəfindən 273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed