Şrift:
Gürcüstanda koronavirusa gündəlik yoluxma sayı yenidən artıb
04.11.2020 [11:44] - Gündəm, Sağlıq
Gürcüstanda son sutkada koronavirusa 2 min 295 yeni yoluxma halı təsdiqlənib, 2 537 nəfər sağalıb, 19 xəstə dünyasını dəyişib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 46 min 817 nəfərə çatıb. Həmin şəxslərin 31 170-i sağalıb.

Pandemiya qurbanlarının sayı isə 381-ə çatıb.

Hazırda Gürcüstanda 3004 nəfər karantin zonalarında, 4 min 355 nəfər isə stasionar nəzarətdə saxlanılır. Daha 2 min 428 asimptomatik xəstə isə xüsusi otellərdə müalicə olunur
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed