16.11.2012 [12:29] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Türkiyədə yaşayan əslən azərbaycanlı Qələndər Bayramlı dünya birliyinin diqqətini Xocalı soyqırımına yönəltmək üçün Ermənistanın paytaxtı Yerevana piyada yürüş edəcək. Noyabrın 21-də yola çıxacaq soydaşımız fevralın 25-dən 26-na keçən gecə Yerevanda olmağı nəzərdə tutub. Türkiyə mətbuatına verdiyi açıqlamada Qələndər Bayramlı deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmayana qədər bu cür aksiyaları davam etdirəcək: “Çox çətin olacağını bilirəm. İnandığım üçün bir problem görmürəm. Toprağım üçün ölsəm də olur. Hələlik heç bir xəbərdarlıq almamışam”.
Bu xəbər oxucular tərəfindən 1394 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |