05.11.2020 [11:10] - Gündəm, Mədəniyyət
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi və Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun (Bakı Dövlət Universiteti) təşkilatçılığı ilə avqustun 26-28-də Bakıda keçirilmiş VII Beynəlxalq “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (COIA-2020) beynəlxalq konfransının əsərləri http://www.coia-conf.org/en/view/pages/22 saytında yerləşdirilib.
Nazirlikdən bildirilib ki, konfransın fəxri sədrləri nazir Ramin Quluzadə və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdir. Əsərlərin baş redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın İllinoys Universitetinin professoru Tamer Başardır.
Qeyd edək ki, kitabda məqalələrin ümumi sayı 256, onlardan 145-i Azərbaycan alimlərinin, 70-i BDU-nun, 30-u Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun alimlərinin əsərləridir.
Ənənə halını almış bu konfrans Bakıda dördüncü dəfə təşkil olunurdu. Beynəlxalq tədbirdə dünyanın 30 ölkəsindən 476-ya yaxın alim və tədqiqatçı iştirak edirdi. Onlar arasında Azərbaycan, Türkiyə, ABŞ, Ukrayna, Rusiya, İran, Şimali Kipr Türk Cümhuriyyəti, Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan, İtaliya və Küveyt kimi ölkələrin görkəmli alimləri iştirak edirdi.
COIA konfranslar silsiləsi 2005-ci ildən Azərbaycanda start götürüb (2005, 2008, 2015, 2018) və 2011-ci ildə Türkiyə Respublikasının Ankara şəhəri Bilkənt Universitetində, 2013-cü ildə isə Bolqarıstan Respublikasının Sofiya Texniki Universitetinin həmtəşkilatçılığı ilə Barovetsdə keçirilib.
Müntəzəm olaraq dünyanın bir çox ölkələrində tanınmış alimlərin iştirakı ilə keçirilən konfrans elm aləmində beynəlxalq hadisəyə çevrilib. Bu konfrans, həmçinin Azərbaycan elminin dünya elminə inteqrasiyasında müəyyən mənada rol oynayıb. Bu tədbir yeni ideyaların formalaşmasına, geniş tətbiq sahələrinin yaranmasına daim töhfə verir. Eyni zamanda, alimlərin bir araya gəlməsinə və dünyamızın inkişafı naminə yeni-yeni uğurlar qazanmasına rəvac verir.

Bu xəbər oxucular tərəfindən 341 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |