05.11.2020 [11:13] - Gündəm, Sosial
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 122-ci kilometrindən ayrılan Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi artıq yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, 3 min əhalinin yaşadığı və iki yaşayış məntəqəsini birləşdirən Şəhriyar–Kələxana avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Layihə çərçivəsində ilkin mərhələdə marşrutboyu mövcud örtüyün sökülməsi və yeni yol yatağının inşası işləri aparılıb. İşlərin yekunlaşdığı ərazilərdə 12 santimetr qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.
Ümumi uzunluğu 8 kilometr olan yolun hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr, çiyinlərin eni isə 2 metr təşkil edir. Tikinti işlərinin sonuncu mərhələsində avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yolboyu yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, həmçinin yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Ümumiyyətlə isə qədim Şamaxının bu əraziləri tarixi abidələrlə, təbiət gözəllikləri ilə zəngindir və beynəlxalq turizm marşrutuna uyğun meyarları özündə birləşdirir. Bu baxımdan, Şəhriyar–Kələxana avtomobil yolunun yenidən inşası təkcə vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının və turizmin inkişafına da şərait yaradacaq

Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |