Şrift:
Estoniyada işsizlik səviyyəsi 7 faizdən çox artıb
05.11.2020 [11:18] - Gündəm, Sosial
Estoniyada qeydə alınmış işsizlik səviyyəsi artaraq 7,8 faizə yüksəlib.

Estoniyanın işsizlik üzrə Sığorta Fondu xəbər verir ki, ölkədə işsizlərin sayı 50487 nəfər təşkil edir, daha dəqiq desək, onların sayı bir həftə ərzində təxminən 500 nəfər artıb.

Bildirilir ki, Estoniyada ən yüksək işsizlik səviyyəsi əvvəlkitək İda-Virumaa əyalətində (12,5 faiz), ən aşağı işsizlik səviyyəsi isə Yıqevamaa (4,9 faiz) bölgəsində qeydə alınıb. Qeyd edilib ki, hazırda İda-Virumaa əyalətində 7609 nəfərdən çox, Yıqevamaa bölgəsində isə 640 nəfər işsizdir
Bu xəbər oxucular tərəfindən 471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed