05.11.2020 [11:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Oktyabr ayının 6-da Rza vasiqi qardaşı Əli Vasiqi ilə birlikdə Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “Gecə bulletenlərinin nəşri vasitəsilə hökumət əleyhinə təbliqat və milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq” ittihamı ilə 2 il həbs cəzasına mühakimə etmişdi.
Ərdəbil əyalətinin ETTELAAT baş idarəsinin iddianaməsində, adı çəkilən fəalların həbsi, azadlığa buraxılması və məhkəmə işləri ilə bağlı sosyal mediada gedən yazıları ,onlara qarşı irəli sürülən ittihamların əsaslı olduğunun sübutu kimi göstərilib.
Bu iki milli fəal və onların vəkilinin bütün ittihamları əsassız hesab etdikləri, qeyd edilən gecə bullettenlərindən xəbərsiz olduqlarını bildirmələrinə baxmayaraq haqlarında çıxarılan hökm quvvədə qalıb.
Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsidə Məhdəvi Radın hakimliyi ilə keçirilən ibtidai məhkəəmə prosesində Rza və Əli Vasiqi qardaşları 2 və 3 il həbs cəzasına məhkum edilmişdilər.
Vasiqi qardaşları keçən iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxıldılar. Həmin günlərdə, fəalların saxlanma zamanı ağır şəkildə döyüldüyü bildirilmişdi.
Vasiqi qardaşlarını azadlığa buraxılmasından sonra yayılan fotolardan onların ağır fiziki işkəncələrə məruz qaldıqları görünürdü.

Bu xəbər oxucular tərəfindən 565 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |