06.11.2020 [10:44] - Xəbərlər, Borçalı
Oktyabrın 31-də keçirilmiş parlament seçkilərində texniki xarakterli pozuntular olub. Ümumilikdə isə seçkilər, azad, şəffaf və demokratik keçib. Ona görə də deyə bilərəm ki, Gürcüstanda təkrar seçkilərin keçirilməsi üçün əsas yoxdur”.
Bu sözləri jurnalistlərə açıqlamasında hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının baş katibi Kaxa Kaladze söyləyib.
Onun sözlərinə görə, parlament seçkilərinin yüksək səviyyədə keçirildiyini beynəlxalq və yerli müşahidəçilərdə təsdiq ediblər.
Səsvermədən sonra müşahidəçi olan beynəlxalq təşkilatlar və dost ölkələrdən də müvafiq qiymətləndirmələr təqdim edilib. Onların da sənəd və fikirlərində heç bir ciddi qanun pozuntusu qeyd olunmayıb.
Kaxa Kaladze deyib: “Növbədənkənar seçkilər səsvermə prosesinin saxtalaşdırıldığı zaman keçirilir. Gürcüstanda isə bu cür hallar olmayıb. Ona görə də təkrar və ya növbədənkənar seçkilərin keçirilməsi üçün heç bir əsas yoxdur”.

Bu xəbər oxucular tərəfindən 29131 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |