16.11.2012 [12:43] - Güney Azərbaycan xəbərləri, Siyasət
“İranla ABŞ arasında əlaqələrin qurulması və ya birbaşa müzakirələrin aparılması nə sadə, nə sıradan bir mövzu, nə də tabu deyil”.İRNA-ın məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Həsən Qəşqavi bildirib.
Onun sözlərinə görə, İranın ali dini lideri, ayətullah Əli Xamneyi Məşhəd şəhərindəki çıxışında ABŞ-la müzakirələrin aparılması meyarlarını ictimaiyyətə açıq şəkildə söyləyib. H.Qəşqavi deyib ki, keçmiş illərdə İran və ABŞ arasında bəzi mövzularla bağlı görüşlər keçirilib: “Məsələn, İran İraq və Əfqanıstanla bağlı ABŞ-la görüşlər keçirib və qarşı tərəfə səhvlərini və məsuliyyətlərini xatırladıb. Biz bu yolla bölgə xalqının mənfəətlərini təmin edəcəyimizi və həmin ölkələrdə daha çox günahsız insanların ölməsinə maneə törədəcəyimizi düşünmüşük”.
İran rəsmisi vurğulayıb ki, ABŞ indiki mövqeyini davam etdirsə, Tehranla Vaşinqton arasındakı mövcud problemlərdə bir dəyişiklik olmasını gözləməmək lazımdır: “Ancaq qarşı tərəf nə vaxt etimad mühiti yaratsa, İran bölgə millətlərinin mənfəətlərinin necə təmin ediləcəyi, regional və beynəlxalq sülhə necə dəstək verəcəyini araşdırmaq məcburiyyətində qalmayacaq”.

Bu xəbər oxucular tərəfindən 1125 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |