06.11.2020 [12:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Şuşa şərəf tariximizin qanımızla yazıldığı ali səhifədir”
Sentyabrın 27-dən etibarən başlayan Vətən Müharibəsi Azərbaycan ordusunun bir-birindən önəmli qələbələri ilə davam edir. Artıq şanlı Azərbaycan ordusunun Şuşa yaxınlığında mövqe tutması ilə bağlı xəbərlər var ki, prezident İlham Əliyevin “Şuşaya bir nəfəs qədər yaxınıq” ifadəsi də bu gerçəyi təsdiq edir.
Moderator.az-a açıqlamasında mövcud situasiyanı dəyərləndirən sabiq millət vəkili Fərəc Quliyev, bu gün baş verənləri Azərbaycan tarixinin ən şərəfli dövrlərindən biri kimi dəyərləndirib:
“Mən öncə şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı Allah qorusun.
Ordumuz çox böyük uğurlara imza atıb. Bəzən döyüş əməliyyatlarına kənardan baxanlar filmə baxırlarmış kimi baxır, tələsik davranırlar. Bəlkə də bu, onların hədsiz sevincindən irəli gəlir. Amma nəzərə almaq lazımdır ki, hər daş üçün, hər qarış torpaq üçün şəhid qanı tökülür. Bu torpaqlar elə-belə qaytarılmır.
Mən bir müddət öncə bir status yazmışdım. Orada qeyd etmişdim ki, Azərbaycan xalqı 1989-cu ildə lider xalq idi. Hesab edirəm ki, bu əhval-ruhiyyə ilə yaxın vaxtlarda Şuşada Azərbaycan xalqı yenidən ilin xalqı elan olunar və Şuşada bizə bu ödül təqdim edilər. İnşallah, mənim bu arzum çin olacaq.
Şuşanın azad edilməsi dövlətimiz, millətimiz üçün həm də psixloji baxımdan mühüm əhəmiyyətə malik olacaq. Bəlkə də bu torpaqlar hansısa sülh danışıqları nəticəsində hissə-hissə qaytarılsaydı, bunun indiki kimi effekti olmazdı. Amma Vətən Müharibəsi milləti özünə qaytardı. Xalq özünə gəldi. Xalqımız özünü təsdiq etdi.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu təbrik nitqində bildirdi ki, siz bütün dünyaya türkün gücünü göstərdiniz. Həmişə demişdik və bu gün də o fikirdəyik ki, Azərbaycan türkləri digər türklər kimi dövlət maraqlarını qoryan, ədaləti bərpa edən xalq olub və bu gün də məhz ədaləti bərpa edirik. Inşallah, yaxın zamanlarda Şuşa da daxil olmaqla, digər ərazilərimiz də işğaldan azad olunar.
Məqsəd hansısa yaşayış sahəsini azad etmək və bu barədə pafoslu ifadələr səsləndirmək deyil. Bunu Ali Baş Komandan da dəfələrlə bildirib. Məqsəd ondan ibarətdir ki, işğaldakı torpaqlar elə azad edilsin ki, əsgərləimiz arasında maksimum az itki olsun. Biz əsgərlərimizi qorumaq üçün onları birbaşa əməliyyat meydanına daxil etmir, dəyəri yüz minlərlə ölçülən raketlərdən, texnikalardn istifadə edirik. Məqsəd əsgərlərimizin həyatını qorumaqdır. Bizim üçün insan amili çox mühümdür.
Bütün dünya psixoloji olaraq Azərbaycanın bu müharibənin qalibi olduğunu qəbul edib. Azərbaycan psixoloji olaraq artıq bu müharibəni udub. Bizim qələbələrimizi hamı tanıyır. Düşmən tərəfi də rəsmən kapitulyasiyanı imzalamaq məcburiyyəti qarşısında qalacaq.
Şuşa həm psixoloji, həm mənəvi, həm strateji, həm də müharibənin taleyi baxımdan bizim üçün çox önəmlidir. Şuşa şərəf tariximizin qanımızla yazıldığı ali səhifədir. Şuşa adi bir yer deyil. Mən sevinirəm ki, xalqımız və ordumuz bu gün şanlı bir tarix yazır və biz hamımız bu tarixin şahidləriyik”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |