16.11.2012 [13:05] - Diaspor
Bir necə gündür ki, Moldovada keçirilən Azərbaycan Mədəniyyəti günləri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, son olaraq Dövlət Rus Dram Teatrı Beltsı şəhərində “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ilə çıxış edib.
Sonra Kişineudakı S. Lunkeviç adına Milli Filarmoniyada isə Əfqan Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət caz ifaçılarının konserti keçirilib.
Qeyd edək ki, tədbirdə xalq artisti Siyavuş Kərimi çıxış edib. O, Azərbaycanda caz musiqisinin tarixi, inkişaf yolları, bugünkü durumu, istedadlı ifaçılar nəslinin yetişdiyini bildirib.
Mədəniyyət günlərində Moldovanın Mədəniyyət naziri Boris Fokşa, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldova Azərbaycanlıları Konqresinin prezidenti Vüqar Novruzov, Türkiyə, Ukrayna, Belarus və Yaponiyanın Moldovadakı səfirləri iştirak edib.
Bahar Rüstəmli

Bu xəbər oxucular tərəfindən 1434 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |