10.11.2020 [09:57] - Gündəm, Sosial
Azərbaycan xalqı uzun illərdir həsrətində olduğu tarixi qələbəni qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin müjdəsini verməsi ölkəmizin hər yerində olduğu kimi, Qarabağ bölgəsində də böyük coşqu, sevinc və qürur hissi ilə qeyd edilir.
Prezidentin müraciətindən sonra ağdamlılar qələbənin sevincini paylaşmaq üçün Quzanlı qəsəbəsinin küçələrinə çıxıblar. Əllərində Azərbaycanın üçrəngli bayrağı və Ali Baş Komandanın portretləri olan rayon sakinləri şanlı qələbənin sevincini yaşayırlar. Ağdamlılar bu sevinc və qürur hisslərini onlara yaşatdığına görə dövlətimizin başçısına minnətdarlıq edirlər. Hər tərəfi "Yaşasın Ali Baş komandan!", "Qarabağ!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan Ordusuna eşq olsun!" "Qələbə bizimdir" kimi şüarlar bürüyüb. Ağdam sakinləri Olimpiya İdman Kompleksinin stadionuna kimi yürüş ediblər. Burada da şanlı qələbəmizlə bağlı şüarlar səsləndirilib.
Müxbirimiz rayon sakinlərinin fikrini öyrənib. Evoğlu kəndindən gəlmiş İxtiyar Quliyev deyib: "Sevincimin həddi-hüdudu yoxdur. Ağdam işğal olunandan sonra anadan olduğum üçün Ağdamı görməmişəm. Lakin bütün xalqımız kimi mən də bu gün sevinc içindəyəm. Xalqımız Ali Baş Komandanın, ordumuzun sayəsində böyük qələbəyə nail olub. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə təşəkkürümü bildirirəm".
Elməddin Abbasov: "Xalqımız tarixi bir günü yaşayır. Hər birimiz qürur duyuruq. Bu tarixi günü, bu qüruru bizə Müzəffər Ali Baş Komandanımız, ordumuz bəxş etdi. Bir ağdamlı olaraq Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm".
Rayon sakinləri musiqi sədaları altında rəqs edib, yallı gediblər. Ağdam rayonundan fotoları təqdim edirik.

Bu xəbər oxucular tərəfindən 463 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |