11.11.2020 [09:57] - Gündəm, Sosial
Özbəkistanın “kun.uz”, “human.uz”, “qalampir.uz” və “tnews.uz” xəbər portallarında cəbhə xəttində müharibənin başa çatması haqqında özbək və rus dillərində məqalələr yerləşdiri
Yazılarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanatı qeyd olunur.
Bildirilir ki, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.
Vurğulanır ki, Ermənistan bu il noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək isə Laçın rayonunu Azərbaycana qaytaracaq.
Yazılarda qeyd olunur ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqə yaratmaq üçün 5 kilometr enində Laçın dəhlizi olacaq və dəhlizə Rusiya sülhməramlı kontingenti nəzarət edəcək.
“Qalampir.uz” portalı yazır ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Dövlət başçısı müraciətdə bəyanatın qəbul edilməsi, müharibənin başa çatması, Azərbaycanın qələbə çalması haqqında məlumat verib.

Bu xəbər oxucular tərəfindən 293 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |