12.11.2020 [09:37] - Gündəm, Sosial
Slovakiya hökuməti koronavirus pandemiyası ilə əlaqədar qüvvədə olan xüsusi vəziyyət rejiminin müddətini dekabrın 29-dək uzadılması barədə qərar qəbul edib.
Bu həftənin sonunda qüvvədə olan xüsusi vəziyyətin müddəti başa çatdıqdan sonra uzadılmayacağı gözlənilirdi. Hökumətin həyata keçirdiyi ümumölkə antigen testlərinin də bu məqsədə xidmət etdiyi iddia olunurdu. Lakin hökumət sərt rejimin müddətinin uzadılması ilə yoluxma hallarına qarşı mübarizəni gücləndirməyə çalışır.
Qeyd edilməlidir ki, həftəsonları təşkil edilən ümumölkə testlərinin cavabı sakinlərin ev karantini barədə əsas sənəddir. Yalnız əlində mənfi test cavabı olan şəxslər sərbəst hərəkət edə bilərlər, belə bir sənədi olmayan şəxslərin işə getməyə belə icazələri yoxdur.
Slovakiya ümumölkə testləri sayəsində iqtisadiyyatı və gündəlik həyatı işlək vəziyyətdə saxlayacağını elan edib. Digər Avropa ölkələrindən fərqli olaraq, burada ibtidai məktəblər, ticarət obyektləri və müəssisələr fəaliyyətlərini davam etdirirlər.
Pandemiyanın ilk dalğasının demək olar ki, yan keçdiyi Slovakiyada payız aylarında yoluxma halları sürətlə artmağa başladı. Hazırda 5,5 milyon əhalisi olan ölkədə 79181 nəfərin virusa yoluxduğu təsdiqlənib. Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Avropa Mərkəzinin məlumatına görə, Slovakiyada 14 gün ərzində hər 100 min sakinə düşən yeni yoluxma halı 570-ə bərabər olub.

Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |