17.11.2012 [10:25] - Gündəm, Mədəniyyət
Bu gün Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzində dünya şöhrətli alim, görkəmli şair və ədəbiyyatşünas, Edinburq Universitetinin professoru Qulamrza Səbri-Təbrizinin "YARANIŞ" şeirlər kitabının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın Şərqşünaslıq İnstitutu Güney Azərbaycan tarixi şöbəsinin müdiri, elmlər doktoru Əkrəm Rəhimli mərasimə toplanan iştirakçıları professor Qulamrza Səbri Təbrizinin “Yaranış ” kitabı ilə tanış etdi. Giriş nitqindən sonra, professor Qulamrza Səbri Təbrizinin həyat və yaradıcılığı haqqında “Yurd TV” kanalı tərəfindən çəkilmiş sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Güney Azərbaycan şöbəsinin aparıcı elmi işçisi filologiya elmləri doktoru Sabir Nəbioğlu, “Güneyin Səsi” dərgisinin baş redaktoru Ənvər Yusifoğlu, DAK Ağsaqqallar Şurasının üzvü, AMEA-nın elmi əməkdaşı Babək Abışov, DAK Ağsaqallar Şurasının üzvü, AMEA-nın Botanika İnstitunun professoru Məmməd Nəcəfzadə,Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli,MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli,AZ TV kanalının “Turan” proqramının aparıcısı, əməkdar jurnalist Zərnişan Azayeva və digərləri müəllifin həyat yolu və yaradıcılığı haqqında, Güney Azərbaycanda çağdaş ədəbi proseslər barəsində maraqlı təhlillərlə çıxış etdilər.

Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |