Şrift:
Tərtərli fermerlər taxıl səpinini davam etdirirlər
12.11.2020 [10:48] - Gündəm, İqtisadiyyat
Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri payızlıq səpini davam etdirirlər.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu günədək 520 hektarda buğda, 635 hektarda arpa səpilib.

Qeyd edək ki, Tərtər taxılçıları bu il 10 min 599,8 hektar taxıl sahəsindən 42 min 56,1 ton məhsul əldə ediblər. Məhsulun 25 min 620 tonu buğda, 16 min 436,1 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 42,3 sentner, arpa sahələrində isə 36,2 sentner olub.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed