12.11.2020 [10:50] - Gündəm, İqtisadiyyat
İsmayıllı rayonunda payızlıq taxıl əkini kampaniyası sürətlə davam edir və bunun üçün 29 min 500 hektarda şum çıxarılıb, indiyədək 19 min 500 hektarda səpin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, son günlər havaların yağıntılı olması taxılçıların işinə mane olsa da, əlverişli keçən günlərdə sahələrə 100-ə yaxın texnika və aqreqat çıxarılır. Rayonun şimal dağlıq zonası olan Təzəkənd, Qoşakənd, Sulut və Xankənd ərazilərində səpin tam başa çatdırılıb. Digər ərazi dairələrində əkin davam etdirilir.
Hər yerdə sahələrin əkinə hazırlanması və səpinin aqrotexniki tələblər səviyyəsində aparılması ciddi diqqət mərkəzindədir. Əkin fosforlu gübrə ilə aparılır, yerli şəraitdə uyğun kondisiyalı toxumlardan istifadə olunur. Qeyd edək ki, rayonda 30 min hektarda payızlıq dənlilərin əkilməsi nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |