Şrift:
Gürcüstanda daha bir nazir koronavirusa yoluxub
12.11.2020 [11:29] - Gündəm, Sağlıq
Gürcüstanda daha bir nazirdə koronavirus təsdiqlənib. Ölkənin ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşviliyə də koronavirus diaqnozu qoyulub.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilir ki, ev şəraitində müalicə olunan nazir özünü hazırda yaxşı hiss edir.

Son günlər nazirlə təmasda olan bütün şəxslər özlərini təcrid ediblər.

Qeyd edək ki, bundan öncə ölkənin Baş naziri Giorgi Qaxariya və iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava da koronavirusa yoluxublar. Təhsil naziri Mixeil Çxenkeli isə yoluxma şübhəsi ilə özünü təcrid edib.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed