Şrift:
Azərbaycanlı milli fəallar “Vasiqi qardaşları” Ərdəbil həbsxanasının 16-cı bölməsinə köçürüldülər
12.11.2020 [12:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rza Vasiqi 4 noyabr, Əli vasiqi isə 7 noyabrda saxlanılaraq iki illik cəzalarını çəkmək üçün Ərdəbil Həbsxanasına göndəriliblər.



Qeyd edək ki: Oktyabr ayının 6-da Rza vasiqi qardaşı Əli Vasiqi ilə birlikdə Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “gecə bulletenlərinin nəşri, hökumət əleyhinə təbliqat və milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq” ittihamı ilə 2 il həbs cəzasına mühakimə etmişdi.



Ərdəbil əyalətinin ETTELAAT Baş İdarəsinin iddianaməsində qeyd olunub ki, milli fəalların həbsi, azadlığa buraxılması və məhkəmə işləri ilə bağlı proseslərin sosyal mediada yayınlanması onlara qarşı irəli sürülən ittihamları təsdiq edir.

İttiham olunan milli fəallar və onların vəkili irəli sürülən bütün ittihamları rədd etsələrdə, haqlarında çıxarılan hökm quvvədə saxlanılıb.



Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində Məhdəvi Radın hakimliyi ilə keçirilən ibtidai məhkəəmə prosesində Rza və Əli Vasiqi qardaşları sıra ilə 2 və 3 il həbs cəzasına məhkum edilmişdilər.



Vasiqi qardaşları iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxılmışdılar. Həmin günlərdə, fəalların saxlanma zamanı ağır şəkildə döyüldüyü bildirilmişdi.

Vasiqi qardaşlarının azadlığa buraxılmasından sonra yayılan fotolardan onların ağır fiziki işkəncələrə məruz qaldıqları görünürdü.
Bu xəbər oxucular tərəfindən 589 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed