12.11.2020 [12:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Daş Makı(Makı) sakini “Əli Hüseyin Nəjad Əsl” işğal altında olan Qarabağın azad edilməsi münasibətilə şənlik etdiyi və şirniyyat payladığı üçün İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.
Təhlükəsizlik məmurları milli fəalı 11 noyabr, çərşənbə günü, günorta saat 12 radələrində “Umid Daş Makı” bazarındakı geyim mağazasında saxlayaraq bilinməyən yerə aparıblar.
Xatırladaq ki, 8 noyabr Şuşanın azad edilməsi xəbərindən sonra, Güney Azərbaycanın bir çox şəhərlərində insanlar sevinclərini bildirmək üçün şirniyyat paylayıb və şənlik mərasimləri keçirdilər. Buna görə, onlarla adi vətəndaş və milli məədəni fəal İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən izahat vermək üçün çağrıldı. Çox sayda insan isə bir neçə saat dindiridikdən sonra sərbəst buraxıldı.
Hökumətin bu təzyiqlərinin davamında, 9 noyabr, bazar ertəsi səhər saatlarında, “Ərdəbilin Ticarət Obyektlərinə Nəzarət İdarəsi” tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaninin oğlu Mehdi(Oxtay) Lisaninin, Şuşanın azad edilməsi münasibətilə şirniyyat payladığı üçün “ictimai rəyi çaşdırmaq” ittihamı ilə Ərdəbil şəhərinin bazarında fəaliyyətinə qadağa qoydu. Bu ittiham Ərdəbilin “ETTELAAT” idarəsinin qərarı ilə irəli sürülüb.

Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |