Şrift:
Roman Qolovçenko: Azərbaycan və Belarus arasında ticarət mübadiləsi müsbət dinamika ilə inkişaf edir
13.11.2020 [10:47] - Gündəm, İqtisadiyyat
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Belarusun Baş naziri Roman Qolovçenko ilə görüşüb.

Səfirlikdən bildiriblər ki, görüşdə tərəflər iqtisadi-ticarət əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.

Görüş zamanı Baş nazir iki ölkə arasında ticarət mübadiləsinin müsbət dinamika ilə inkişaf etdiyini qeyd edib. Cari ilin doqquz ayının nəticələrinə görə, Belarus və Azərbaycan arasında əmtəə dövriyyəsi 2,5 dəfə artaraq 315 milyon ABŞ dolları təşkil edib.

R.Qolovçenko vurğulayıb ki, istehsal kooperasiyası sahəsində əməkdaşlıq məhsuldar inkişaf edir. Azərbaycanın aparıcı müəssisələrindən biri olan Gəncə avtomobil zavodu Belarusun maşın istehsalçıları ilə əməkdaşlıq edərək uğurla fəaliyyət göstərir. 2007-ci ildən etibarən bu zavodun bazasında 11 mindən artıq traktor, eləcə də məşhur Belarus brendlərinə aid 3,5 minə qədər digər texnikalar yığılıb.

Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın intensivləşdirilməsi və genişləndirilməsində maraqlı olduqlarını bir daha təsdiq ediblər.

Səfir L.Qəndilov görüş zamanı Ermənistanın Azərbaycana son təcavüzü ilə əlaqədar həyata keçirilmiş hərbi əməliyyatlar və atəşin dayandırılması barədə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla bağlı ətraflı məlumat verib.

Baş nazir imzalanmış bəyanatı dəstəklədiyini bildirib.
Bu xəbər oxucular tərəfindən 347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed