Şrift:
Dövlət qulluğu sistemində səriştə modelinin tətbiqinə dair beynəlxalq ekspertlərlə onlayn təlim keçirilib
13.11.2020 [10:48] - Gündəm, Mədəniyyət
Dövlət İmtahan Mərkəzinin (DİM) təşəbbüsü ilə təşkil olunmuş onlayn təlim OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) və Avropa İttifaqının SIGMA proqramı çərçivəsində Azərbaycan Respublikasının dövlət qulluğu sistemi üçün səriştə (kompetensiya) modelinin tətbiqi istiqamətində planlaşdırılmış fəaliyyətin hazırlıq mərhələsini əhatə edir.

DİM-dən bildirilib ki, təlimin əsas məqsədi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsi istiqamətində DİM tərəfindən aparılmış fəaliyyətin təhlil olunması, həmçinin sonrakı fəaliyyət planının müzakirə edilməsi olub.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Mərkəzin beynəlxalq əlaqələr istiqamətindəki fəaliyyətində SIGMA ilə əməkdaşlığa xüsusi önəm verildiyini, həmçinin SIGMA ekspertləri ilə əvvəllər icra olunmuş layihələrin uğurla həyata keçirilməsini qeyd edib. DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn dövlət qulluğunda səriştə modelinin tətbiqinin həyata keçirilməsi istiqamətində Mərkəz tərəfindən görülən işlər və əsas çətinliklər haqqında təqdimatla çıxış edib.

Təlim səriştə modelinin hazırlanması prosesində beynəlxalq təcrübənin Azərbaycan kontekstinə uyğunlaşdırılması, modelin işlənmə metodu, işçi qrupundan başqa digər tərəfdaşların iştirakı, həmçinin fəaliyyət planının həyata keçirilməsi üçün Azərbaycandan olan tərəfdaşların cəlb olunması, SIGMA ekspertlərinin (İrlandiya, Belçika), eləcə də cəlb olunmuş yerli ekspertin rolu və töhfəsi ilə bağlı müzakirələrlə davam edib.

Tədbir onlayn platforma üzərindən ingilis və Azərbaycan dillərində təqdim olunub.

Qeyd edək ki, DİM tərəfindən dəstəklənən bu tədbir 2020-ci il 28 may, 2-4 iyun tarixlərində keçirilmiş “Dövlət qulluğunda vəzifələrin təhlili və səriştələrin müəyyən olunması”na dair onlayn təlimlərin davamıdır.
Bu xəbər oxucular tərəfindən 339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed