14.11.2020 [10:42] - Gündəm, Sosial
Latviyada yeni növ koronavirus infeksiyasına qarşı vaksini ilk olaraq tibb işçiləri və yaşlı insanlar əldə edə biləcəklər.
Bu barədə Latviyanın Dövlət İmmunizasiya Şurasının rəhbəri Datse Zavadska Latviya Radiosuna açıqlamasında bildirib.
O, hazırda vaksinlərin məqsədinin xəstəlik və ölüm nisbətini azaltmaq olduğunu və onların virusun yayılmasına necə təsir edəcəkləri barədə danışmağın hələ tez olduğunu qeyd edib.
Datse Zavadska vaksinlərin ilk dozalarının Avropa İttifaqı (Aİ) ölkələrinə hər ölkənin əhalisinin sayına müvafiq olaraq ayrılacağını söyləyib. Gələn ilin ilk üç ayı ərzində Latviya əhalisinin 3 faizinə, ilin ortalarına kimi isə əhalinin 20 faizinə vaksin vurula bilər. İmmunizasiya şurasının rəhbəri vaksinlərin bu 3 faizini əhalinin hansı qrupunun əldə edə biləcəyinə hər ölkənin özünün qərar verdiyini söyləyib.

Bu xəbər oxucular tərəfindən 278 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |