14.11.2020 [10:46] - Gündəm, Sosial
Nepalda ötən sutka ərzində COVID-19 virusuna 2111 yoluxma qeydə alınıb. Bununla da ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 206 mini ötüb.
Pandemiyanın statistikasını aparan “Worldometers” saytı xəbər verir ki, Nepalda ötən sutka ərzində koronavirus səbəbindən 13 nəfər həyatını itirib. Beləliklə, ölkədə pandemiya qurbanlarının sayı 1202-yə çatıb. Hazırda Nepalda 37 mindən çox aktiv xəstə var.
Qeyd edək ki, Nepalda pandemiyanın ilk vaxtlarında çox az sayda yoluxmalar olurdu. Amma iyulun son günlərindən başlayaraq yoluxma sayında davamlı artım müşahidə edilir. Əhalinin sıx yaşadığı ərazilərdə, o cümlədən paytaxt Katmanduda, Pokhara şəhərində və ölkənin cənubundakı yaşayış məntəqələrində yoluxma sayı sürətlə artır. Gündəlik ən çox yoluxma isə (5743) oktyabrın 21-də qeyd alınıb.

Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |