14.11.2020 [11:03] - Gündəm, İqtisadiyyat
Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artır.
Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 12 ədəd artaraq 312 olub. Lakin bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 494 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 10 ədəd çoxalaraq 236 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 438 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd çoxalaraq 73 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 56 ədəd geriləyib. Üç qazma qurğusu isə müxtəlif təyinatlı olub.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |