14.11.2020 [12:11] - Gündəm, Sosial
Türk Şurasının gənclər və idman məsələləri üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib.
Gənclər və İdman Nazirliyindən (GİN) bildiriblər ki, videoformatda keçirilmiş iclasda əvvəlcə Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin Azərbaycanın Qələbəsi ilə başa çatması münasibətilə üzv ölkələrin nümayəndələri tərəfindən təbrik ünvanlanıb.
Sonra 2019-cu ildə Bişkek şəhərində keçirilmiş gənclər və idman nazirlərinin 4-cü iclasının protokolunun icrası, COVID-19 pandemiyası dövründə birgə fəaliyyət və əməkdaşlıq, “Türk Şurası çərçivəsində çoxtərəfli və ikitərəfli gənclər və gənclər sahəsində işləyən əməkdaşlar arasında mübadilə proqramları üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi, İdman Könüllülərinin 1-ci Onlayn Sammitinin keçirilməsi, Gənc Sahibkarlar Forumunun keçirilməsi, Türk Şurası Gənclər Platformasının 2-ci Baş Assambleyasının keçirilməsi məsələləri müzakirə edilib.
Həmçinin Türk Şurası 4-cü Gənclər Festivalının, Türk Şurası 5-ci Beynəlxalq Gənclər Düşərgəsinin, Türk Şurası 3-cü Gənc Liderlər Forumunun, Türk Şurası Könüllülərinin Təlim Proqramının, 4-cü Dünya Köçəri Oyunlarının, 2-ci Türk Universitetləri İdman Oyunlarının keçirilməsi məsələləri barədə də müzakirələr aparılıb.
Sonda Türk Şurası gənclər və idman nazirlərinin 5-ci iclasının keçirilməsinə dair fikir və məlumat mübadiləsi edilib.
İclasda Azərbaycanı Gənclər və İdman Nazirliyinin sektor müdirləri Aydın Məmmədov, Fuad Babayev və İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə təmsil ediblər.

Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |