14.11.2020 [12:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın silahlı qüvvələrinə yaxınlığı ilə tanınan “Polis” xəbər agentliyi noyabrın 13-də yaydığı xəbərdə bildirib ki, “Təkur” sərhəd bölgəsində, sərhəd qoşunları bölüyünün “silahlı əks inqilabçı ünsürlər”lə atışması olub.
Günorta saat 13:50 radələrində baş verən atışma nəticəsində Sərhəd Qoşunlarının iki giziri “Müslim Cahanara”, “Malik Tahir” və sıravı əsgər “Kamran Kəramət” həyatlarını itirib, iki hərbçi isə yaralanıb.
Xəbərin sonunda İran Sərhəd Qoşunları komandanlığı “geniş yaylım atəşi nəticəsində “silahlı əks-inqilabçı ünsürlərin” çox sayda itgi verdiklərini qeyd edib”.
Hələlik heç bir təşkilat, partiya və qurup bu əməliyyatın məsuliyyətini öz üzərinə götürməyib.

Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |