Şrift:
Qarabağın azadlığından sonra Abbas Lisaniyə qarşı yeni qadağalar qoyulub
14.11.2020 [12:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir müddət öncə, oktyabr ayının əvvəllərində, Qarabağ müharibəsi başlayandan sonra da, Cənab Abbas Lisaniyə eyni qadağa tətbiq olunmuşdur.



Qadağanın səbəbləri bildirilməsədə, ehtimal edilir ki, İran hökumətinin məhkəmə, təhlükəsizlik sistemi Cənab Lisaninin Qarabağla bağlı mesajlar verəcəyi ,mövqeyinin Azərbaycan cəmiyyətində təsir qoyacağından nigərandırlar.



30 sentyabr tarixində Cənab Lisani adına fəaliyyət göstərən “telegram” və “instagram” səhifələrində bir video yayınlandı. Videoda həbsindən bir neçə gün öncə Cənab A. Lisani yaxın gələcəkdə işğalçı ermənilərin kabuslarının gerçəkləşəcəyini bildirirdi.



Video çıxışında Cənab Lisani bildirir ki; “Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan parlamentdə Dağlıq Qarabağın işğalçılarına və işğalının tərəfdarlarına Qarabağ məsələsi həll olunmasa, Cənubi Azərbaycan adlı “yatmış dev” ilə qarşılaşacağıq. Əgər o dev oyansa bizi yox edəcək.



Video müraciətdə A.Lisani deyir ki, “Türk və Azərbaycan düşmənlərinə pis xəbərim var. Onlara bildirmək istəyirəm ki, yatmış dev Azərbaycan artıq oyanıbdır. İran opozisionu dekabr 2017-ci il etirazlarında Azərbaycanın siyasi çəkisini başa düzgün dəyərləndirə bilmədilər. Bu onların ciddi stratejik səhvi idi. Bu gün Azərbaycan güclü şəkildə bir neçə cəbhədə döyüşməəyə qadirdir. Bu cəbhələrdən biridə Qarabağ cəbhəsidir. Vaxtı çatanda hamı Azərbaycanın necə bir güc göstərəcəyinin şahidi olacaq.”



Bu müraciətdən bir neçə saat sonra Tehran və Güney azərbaycanın başqa şəhərlərtində İranın Ermənistana yardımlarına etiraz olaraq geniş aksiyalar başlandı. Sonrakı günlərdə İran-Ermənistan arasında olan “Nurduz” sərhəd keçid məntəqəsinin bağölanması tələbi ilə etirazlar davam etdi.



İran təhlükəsizlik qüvvələri bu etirazlara qarşı amansız davrandı. Yezlərlə adi vətəndaş və milli fəall tutuqlandı. Onlardan bir çoxu işkəncələrə məruz qalaraq həbs edildi. Bir çoxu girov müqabilində müvəqqəti azadlığa buraxıldı. Qarabağ müharibəsi başlayan gündən demək olar ki, güney Azərbaycanda fövqüladə rejim tətbiq olunur.



Son Qarabağ müharibəsi sentyabr ayının 27-i, səhər saatlarında, Ermənistan ordusunun Azərbaycanın təmas xəttində yerləşən şəhər və kəndlərini atəşə tutmasından sonra, Azərbaycan ordusunun əks cavabı nəticəsində başladı. 44 gündən sonra ,10 noyabr tarixində Ermənistanın təslim olması və sülh müqaviləsinə qol çəkməsinə razılıq verməsi ilə sona çatdı.



1991-92-ci illərdə Ermənmistan himayəçilərinin iştirakı və yardımı ilə Azərbaycanın Qarabağ bölgəsini və 7 ətraf rayonu işğal etmişdi. Bu işğal nəticəsində 30 minə yaxın Azərbaycan vətəndaşı həyatını itirmiş, bir milyona yaxın insan qaçqın düşmüşdür. Noyabrın 10-da 30 illik işğala son qoyuldu.
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed