15.11.2020 [12:21] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Görünür, həmin xanımın Azərbaycanın ictimai-siyasi həyatından heç xəbəri yoxdur”
Milli Məclisin İntizam komitəsinin iclası keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, iclasda deputat Könül Nurullayeva barəsində intizam tədbirinin tətbiqi məsələsinə baxılıb.
Qeyd olunub ki, noyabrın 12-də Türkiyənin TV Net telekanalına müsahibə verən K.Nurullayevanın canlı yayımda səsləndirdiyi fikirlər Azərbaycanın dövlət siyasətinə ziddir, Azərbaycan cəmiyyətinin və Milli Məclisin mövqeyini əks etdirmir. Ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi barədə suala cavab verən Könül Nurullayeva deyib ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil.
Komissiyanın üzvləri qeyd ediblər ki, son 200 ildə müntəzəm olaraq Azərbaycan xalqına qarşı təcavüz aktları həyata keçirən, torpaqlarımıza göz dikən, 30 il Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğalda saxlayan, həmin ərazilərdə dəhşətli dağıntılar törədərək Azərbaycan insanlarına və ölkənin iqtisadiyyatına, tarixi-mədəni-dini obyektlərimizə milyardlarla manatlıq ziyan vuran, Xocalı soyqırımını törətmiş olan Ermənistandan təzminat tələb etmək bizim haqqımızdır və belə bir prosedur beynəlxalq hüquqda təsbit olunub. Bildirilib ki, Vətən müharibəsi ilə, xalqımızın ümdə hüquqları ilə bağlı çıxışlarında hər bir deputat məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını mütləq nəzərə almalıdır.
Müzakirələrin yekununda İntizam komitəsi deputat Könül Nurullayeva barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.
Doğrudan da, millət vəkilinin bu cür yanaşması onun siyasi cəhətdən tam yetkin olmamasını üzə çıxarır. Hətta bəzi erməni ekspertləri belə ölkələrinin Azərbaycana təzminat ödəməli olduğunu dilə gətirdikləri halda, bizim deputatın bunun əksini iddia etməsi nəyi söyləməyə əsas verir?
Uzun müddətlik deputat təcrübəsi olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, siyasətdən anlayışı olmayan adamlar gərək parlamentdə olmasın: “Hətta kimlərsə bu cür adamların təqdimatını veribsə də, özləri buna getməməlidir. Ermənistan tərəfinin özündən keçmiş prokuror bildirib ki, biz Azərbaycan tərəfinə 50 milyard təzminat ödəməliyik. Hətta Ermənistan tərəfindən belə bir fikir ortaya atılırsa, Azərbaycanlı bir deputatın belə təcrübəsiz və heç bir məntiqə əsaslanayan danışığı, təbiidir ki, ciddi qınağa səbəb olmalıdır. Görünür, həmin xanımın Azərbaycanın ictimai-siyasi həyatından heç xəbəri yoxdur. Keçmiş deputat Xanhüseyn Kazımlının rəhbərliyi altında komissiya işləyib. Hətta bir neçə il əvvəl müəyyənləşdirmişdik ki, bizə 180 milyard dollar həcmində ziyan dəyib. Parlamentdə təcrübəli adamlar olmalıdır. Su çəkən, küçə təmir edən, yol düzəldən iş adamlarının özləri bu işdən kənarda durmalıdırlar. Bundan xeyli əvvəl təcrübəli deputatlardan biri deyirdi ki, baş verən dağıntıları gəlib Ermənistan aradan qaldırmalıdır. Bizim ərazimizdə dağıntı baş veribsə, bunu biz aradan qaldırmalıyıq, başqası yox. İstənilən sıravi bir Azərbaycan vətəndaşından bu haqda soruşsaydınız, deyərdi ki, bəli, Ermənistan mütləq bizə təzminat ödəməlidir. Bundan sonrakı parlament seçkilərində proporsional seçki sistemi də bərpa olmalıdır ki, təcrübəli siyasətçilər qanunverici orqanda təmsil oluna bilsin. Mən parlamentdə deyiləm. Buna baxmayaraq, BMT-yə məktub göndərib onlardan tələb etmişdim ki, qurumun qətnamələrini biz icra ediriksə, bizə maddi yardım edilməlidir. Ancaq bunlar parlamentdə təmsil oluna-oluna məsuliyyətsiz açıqlamalar verirlər”.
Partiya sədrinin sözlərinə görə, bu cür məsələlərə ciddi yanaşmaq lazımdır, çünki qarşıda bizi daha ciddi diplomatik müharibə gözləyir.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |