Şrift:
Özünüməşğulluq proqramına cəlb olunan şuşalılar Şuşaya kiçik biznes sahibləri kimi qayıdacaqlar
17.11.2020 [10:42] - Xəbərlər, İqtisadiyyat
Onlar Azərbaycanın ayrılmaz parçası olan Qarabağın ürəyi Şuşanın sakinləridir. Müzəffər Azərbaycan Ordusunun Şuşanı Ermənistanın işğalından azad etməsi ilə onların yurd həsrətlərinə də son qoyulub.

Şuşasız qaldıqları dövrdə dövlət onları həmişə öz qayğısı ilə əhatə edib, daha bir qayğı kimi, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına cəlb olunublar. Proqramın dəstəyi ilə kiçik ailə təsərrüfat və müəssisələrini yaratdılar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, indi onlar doğma Şuşaya özünüməşğulluq proqramının dəstəyi ilə yaratdıqları kiçik ailə biznesləri ilə qayıtmağa hazırlaşırlar. Onların hər biri öz bizneslərini Şuşada daha da genişləndirəcəklər.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed