17.11.2012 [13:32] - Gündəm, Gənclik
Mehman Həsən
İstiqlal savaşında əfsanəvi qələbədən sonra İngiltərənin baş naziri Çörçil məğlubiyyət səbəblərindən bəhs edərkən yazırdı: “Biz masada Osmanlını bölərkən hər şeyi nəzərə almışdıq, təkcə Atatürkü unutmuşduq.”
XX əsr dünyanın tarixi mürəkkəb və keçməkeşliklərlə zəngindir. 600 ildən artıq bir zamanda öz nəhəngliyi ilə dünyanı titrədən Osmanlı zəifləmiş və bununla da ona qarşı birləşən dövlətlərin əlinə fürsət düşmüşdü. I Dünya Savaşı sonrası güc dövlətlər dünyanın “ədalətsiz” bölgüsünü “ədalətli” şəkildə bölməyə başladılar. Bu zaman məğlub cəbhədə yer alan Osmanlının və ümumilikdə türk dünyasını taleyi təhlükə altında qalmışdı. Qafqazda Azərbaycanın müstəqilliyini elan etməsi, Orta Asiyada və Tatarıstanda azadlıq uğrunda aparılan mücadilə özünə möhkəm dayaq istəyirdi ki, bu vəzifəni də məhz Türkiyə üstlənməli idi. 1918-ci iln 15 sentyabrında Bakının azad olunmasında Türkiyədən gələn ordunun dəstəyi həlledici oldu. Azərbaycanda Türkiyə ordusunun qalması müstəqilliyə ən böyük zəmanət idi. Lakin bu dəstək uzun sürmədi. Türkiyənin üzərini qara buludlar örtmüş, məğlubiyyət sonunda Osmanlının parçalammaq və yerində çox kiçik bir türk dövlətinin saxlanılması istənilirdi. Bu zaman Anadoludan yeni bir günəş doğdu. Günəşin adı Mustafa Kamal ATATÜRK idi. O Günəş ki, türk millətini öz şöləsinin ətrafında birləşdirəcək, heç kimin inanmadığna inandıracaq və qələbəyə aparacaqdı. Atatürkün Dolmabahçedə öz əli yazdığı “Nutuk” kitabında 1919-1927-ci illərin reallıqları faktlarla öz əksini tapıb. Hələ 1919-cu ildə savaş yeni başlayan zamanda paşalardan biri məktubunda Atatürkə yazırdı: “Paşam sarayda Sultan ingilis, amerikan və ya fransız mandasının tabeliyini qəbul etməklə dövlətin varlığını sürdürməyi müzakirə edərkən, sən Anadoluda müstəqil cümhuriyyət uğrunda mübarizə aparırsan.” Əlbəttə zamanında İstiqlal qalibiyyəti çoxları üçün möcüzə hesab oluna bilərdi. Bəli, biz gərəkəndə möcüzəyə inanan və bu möcüzəni reallığa çevirə bilən bir millətik. Zaman və zamanın qəhrəmanları bu reallığı isbat edəcəkdi. Həmin zamanda ölkənin içinə doluşan mandalar və onların xaricdəki rəhbərləri bir şeyi unutmuşdular. Unutduqları Türkün min ildən bəri qoruyub saxladığı və son türkə qədər yaşayacaq törəsi idi. Məhz bu amili sonralar, II Dünya savaşı zamanı Adolf Hitler təsdiqləmişdi. Ondan niyə türkləri qırmadınız deyə soruşanda: “Dünyada bir türk qalsa belə sabah dövlət qurar və bizdən qısasını alar” demişdi. Tarixi Ərgənəkon dastanında min illər öncə türkün son nəfərə qədər öldürülməsi yalnız nəfəs alan son iki türk ürəyinin yenidən öz gücünü bərpa edərək düşmənlərindən qisas almasından danışılıb. Atatürk özündən min illərcə əvvəl formalaşmış həmin türk törəsini türklərə xatırlatdı və dünyaya onun qüdrətini isbat etdi. Daha sonradan müstəqil olacaq türk dövlətləri üçün mayak rolunu oynadı. Hələ SSRİ-nin hegemon bir çağında Atatürk öz uzaqgörənliyi ilə bir gün bu nəhəng imperiyanın çökəcəyini bildirirdi. Türkiyənin bu çöküşə hazır olmasını və işğal altında olan türklərin bu çöküşdən müstəqilliklərini qazanaraq güclü çıxmalarına yardım etməli olduğunu xitab etmişdi. Zaman keçdi Mustafa Kamal paşanın arzu etdiyi reallığa çevrildi. Bu zaman onun əsəri olan Türkiyə artıq güclü bir Cümhuriyyət idi. Müstəqilliyini bərpa edən Azərbaycan və digər orta Asiya Cumhuriyyətlərinin istinad edə biləcəkləri yeganə dövlət idi. Var olan hər bir millət yaratmış olduqları tarixi nümunələri yaşayır. Atatürk 300 milyonluq Türk ulusunun XX əsr tarixində qüdrətini şərtləndirən ən böyük nümunədir. Atatürk bir məktəbdir. Elə bir məktəb ki, onun məzunları əyilməzliyi, qüdrəti ilə seçilər. Atatürk bir günəşdir. Elə bir günəş ki, şöləsi türk millətinə qələbə işığı bəxş edər.
Bu xəbər oxucular tərəfindən 1561 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |