Şrift:
İran Parlamentinin azərbaycanlı deputatı Qarabağa görə İran XİN-ni tənqid edib
17.11.2020 [10:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran parlamentinin Güney Azərbaycanın “Təbriz”, “Azərşəhr” və “Üskü” şəhərlərindən seçilən deputatı “Əlirza Beygi” İran xarici İşlər Nazirliyinin passivliyini tənqid edərək deyib: “Xarici İşlər Nazirliyindəki səhv düşüncələrin hakim olması səbəbindən iki ölkənin, İran və Azərbaycan Respublikasının strateji yaxınlaşması üçün böyük fürsət əldən verildi.”



Millət vəkili ölkənin xarici işlər idarəsini tənqid edərək bildirib ; ”Təəssüflə , “Xarici İşlər Nazirliyinin” və bir sıra təhküləsizlik ekspertlərinin ölkədə çeşidli xalqların mövcudluğunu dəyərləndirmək , onların hüquq və mədəniyyətlərinə hörmətlə yanaşmaq sahəsində yanlış təhlilləri var. Bu isə ölkənin təhlükəsizlik strategiyası və milli maraqları ilə ziddiyyət təşkil edir. Xarici işlər Nazirliyi bütün bunları təhlükəli hal kimi dəyərləndirdiyi üçün Qarabağ kimi əhəmiyyətli bir məsələnin həll prosesdən qıraqda qalıb”.



Ə.Beygi əlavə edib ki, “Əlbəttə “Pan” adını daşıyan bir sıra “bəlli” şəxslərin davranışlarıda, qeyd etdiyim bu “ekspert”lərin düşüncələrinin və yanlış təhlillərinin güclənməsində böyük rol oynayıb”.

Qeyd etmək lazimdır ki, oktyabrın ayının 29-da, “Ə.Beygi” verdiyi açıqlamada Ermənistanın hərbi cəhətdən gücləndirilməsini pisləmişdi. Noyabrın 9-da isə millət vəkili Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik etmişdi.



Uzun illərdir İran hakimiyyəti daxilində “mühafizəkar” qanadla “islahatçı” qanad arasında qarşıdurma mövcuddur. İslahatçılar əsasən fars mərkəzli İran milliyyətçiyinə, mühafizəkarlar isə daha çox islami dəyərlərə meyilli siyasət yürüdürlər. Hakimiyyətin mühafizəkar qanadına mənsub olan siyasətçilər ,millət vəkilləri Azərbaycan, Qarabağ məsələsinə yönəlik siyasətlərində nisbətən ədalətli mövqe tutduqlarını nümayiş etdirməyə çalışırlar.
Bu xəbər oxucular tərəfindən 575 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed