17.11.2020 [14:23] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bu gün 17 Noyabr, Azərbaycan Milli Azadlıq Hərəkatının 32-ci ildönümüdür. Ermənilərin xain və dönük iddiaları, Qarabağa sahiblənmək üçün hərəkat yaratmaları, Topxana meşələrini qırmağa başlamaları Azərbaycan xalqını ayağa qaldırdı. Xalq Ermənistanın və Dağlıq Qarabağda yaşayan ermənilərin xain təcavüzlərinə reaksiya verdi və indi adı Azadlıq olan Bakının baş meydanına axışdı. Bu tarix Azərbaycana nə verdi, önəmi, gələcəyimizdəki rolu nədən ibarətdir?
Günün ən mühüm hadisəsi Prezidentin işğal altındakı torpaqları ziyarəti və bu zaman verdiyi önəmli mesajlardır. Prezident həm düşmənə, həm kənar müşahidəçilərə, həm də öz xalqına; daha çox da o torpaqların sahibləri olan Füzuli, Qubadlı, Cəbrayıl camaatına mesajlar vermiş oldu. O mesajlar nələr idi və alt qatında nələr vardı?
Ruslar Xankəndidə, Türkiyə hərbçiləri Şuşada... Monitorinq Mərkəzində nə qədər hərbçi olacağına Moskvada bu gün davam edəcək yekun müzakirədə qərar veriləcək. Gözlənilir ki, Rusiya sülhməramlıları Xankəndidə olduğu üçün Türkiyə hərbçiləri Şuşada yerləşəcək. Amma təbii ki, Türkiyə bayraqlı hərbi maşınları bütün Qarabağda görə biləcəyik. Türkiyənin sahəda və masada rolu bir daha qabarır, böyüyür.
Ermənistan Rusiyanın əsəbi ilə oynayır-"moderator" qəzəblidir... Üçtərəfli sənədin moderator rolu Rusiyaya və prezident Vladimir Putinə məxsusdur. Sənədin hər hansı bəndinin yerinə yetirməməsi, Rusiyanın nüfuzuna ciddi zərbə olar, o cümlədən Rusiya sülhməramlılarının taleyi sual altına düşər. Ermənistanda Rusiyadan ciddi narazıdırlar və Kəlbəcərlə bağlı ləngimə həm də onların sözünün mötəbərliyinə kölgə salmaq məqsədi daşıya bilər. Rusiya prosesi necə tənzimləyəcək?
Qarabağda Rusiya Humanitar Mərkəzinin yaranması necə sonuclana, nələrə səbəb ola bilər?
Qarabağda erməni silahlı quldurları qalacaq(mı)? Paşinyan iddia edib ki, üçtərəfli saziş və Rusiya sülhməramlılarının yeridilməsi Dağlıq Qarabağın müdafiə ordusunun statusuna təsir etməyəcək. Qondarma "Arstax ordusu" malik olduğu statusda qalacaq. Belə görünür ki, onların tədricən tərksilahı və ortadan yox olacaqları planlaşdırılır. Çünki əhalinin oraya qayıtması üçün öz qorxaq əsgərini görməyə ehtiyacı var. Amma silahlıların daima olacağı təqdirdə, onlar daima nəinki Azərbaycanın ərazi bütövlüyünə, hətta sühməramlılara təhlükə kimi qalacaqlar. Bəs bu məqamlar necə tənzimlənəcək?
Bütün bu sualların cavabını Müsavat Tv-nin canlı yayımında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, İstiqlalçı deputat Fərəc Quliyev cavablandırdı.
Həmin verilişin video linkini təqdim edirik:
AÇILMAZSA TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 608 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |