Şrift:
Erməni könüllüləri internet forumlarda cəbhədə baş verənlər barədə yazırlar
19.11.2020 [10:47] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Erməni könüllüsü internet forumlarda cəbhədə baş verənlər barədə yazırlar.

Müxtəlif ölkələrdən Qarabağa vuruşmağa gəlmiş ermənilərin cəbhədə baş verənlər barədə internet forumlarında yazdıqları çoxlarında nifrət və istehza doğurur.

Rusiyanın “Moskovskiy komsomolets” qəzeti belə döyüşçülərdən biri, “LostArmour” forumunda “Andrewbek1974” adı altında iştirak edən erməninin Qarabağ döyüşləri barədə yazılarını dərc edib.

Qəzet yazır ki, İkinci Qarabağ müharibəsində Suriya, Livan, İraq, Fransa və Rusiyanın erməni diasporlarının nümayəndələri də iştirak ediblər. Onlar müharibə başa çatdıqdan sonra forumlarda bölüşdükləri yazılarda erməni tərəfinin hərbi sursat və rabitə vasitələri ilə pis təchiz olunması, komandirlər tərəfindən başlı-başına buraxılması, rabitə vasitələrinin çatışmaması və digər problemləri dilə gətirirlər.

“LostArmour” forumunun erməni iştirakçısının sözlərinə görə, Ermənistanda könüllülərə hərbi geyim verilməyib, zirehli jiletləri isə özləri almalı olublar, onlara köhnə Kalaşnikov pulemyotu, Makarov tapançası və Kalaşnikov avtomatları paylanıb.

Şuşa döyüşlərinə qatılmış “Andrewbek1974” forumçu yazır ki, bölüklərinə Hamlet adlı şəxs rəhbərlik edib. Onun “Artsax ordusu”nun “mayor”u olduğu deyilsə də buna heç kim əmin deyildi. “Mayor”un kriminal mənşəli biri olduğu şübhəsiz idi. Bölüyə isə əslində yerli sakin, Birinci Qarabağ müharibəsinin iştirakçısı Aşot rəhbərlik edirdi.

“İlk döyüşümüzdə isə donuzlara qalib gəldik” deyən erməni könüllüsü xatırlayır ki, oktyabrın 23-də gecə növbətçiləri atəş açmağa başlayıblar, digərləri də onlara qoşulub. Səhər açılanda isə döyüş “meydanı”nda iki donuz leşi tapıblar. Məlum olub ki, bütün gecəni bölük iki donuzu atəşə tutub və “qalib” gəlib.
Bu xəbər oxucular tərəfindən 17258 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed