19.11.2020 [11:18] - Xəbərlər, Sağlıq
Ağdaş gəncləri sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində igidliklə döyüşən və sağ qolunu itirərək öz qanı ilə tarix yazan qazilərimizdən olan Vüsal Mehdiyevi ziyarət ediblər.
Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə gənclər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda qazanılan Böyük Qələbə münasibətilə əsgər Vüsal Mehdiyevi təbrik ediblər. Gənclər 30 ildən bəri düşmən tapdağı altında olan Qarabağımızın azad edilməsi uğrunda döyüşən Azərbaycan əsgərinin qazandığı bu şərəfin gələcək nəsillər üçün bir örnək olacağını vurğulayıblar.
Qeyd edək ki, Vüsal İslam oğlu Mehdiyev 2000-ci ildə Ağdaşın Kükəl kəndində dünyaya gəlib. Ailədə üç bacının bir qardaşı olan Vüsal Vətən müharibəsi başlanandan bir necə gün sonra cəbhəyə gedib. Baş tuşlayıcı olan igid əsgər bütün bilik və bacarığını ortaya qoyaraq düşmən qüvvələrinin məhv edilməsi üçün çalışıb və buna nail olub. Əlbəttə, müharibə itkisiz olmur. Ağdərə istiqamətində gedən döyüşlərdə sağ qolunu itirib.
İndi hər gün həmkəndliləri, dost-tanışları qazi Vüsalı ziyarət edirlər. Bu gün ziyarətə gələn gənclər də onun cəbhə xatirələrinə, əsgərlərimizin şücaəti barədə danışdıqlarına maraqla qulaq asırdılar.
Gənclər əsgərin qayğıları ilə də maraqlanıblar.

Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |