20.11.2020 [10:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, müharibə zamanı çox sayda erməni əsgəri "itkin düşüb". Bu əsgərlərin valideynləri uşaqlarının İrana qaçdığını bildirirlər.
İran səfirliyinin açıqlamasında deyilir ;"İran İslam Respublikasının Ermənistandakı səfirliyi Dağlıq Qarabağ münaqişəsi qurbanlarının yaxınlarına başsağlığı verir.", səfirlik müharibə zamanı müəyyən sayda erməni əsgərinin İran ərazisinə daxil olması barədə məlumatları araşdırdığını bildirərək artırıb; "Səfirlik xəbəri təsdiqləmir, ancaq məlumat alarsa dərhal erməni xalqını məlumatlandıracaq."
Ermənistan Müdafiə Nazirliyi bu "itkin düşən" əsgərlərin vəziyyəti barədə məlumatsız olduğunu bildirir.
Sayı əhəmiyyətli dərəcəədə çox olan bu əsgərlərin valideynləri son bir neçə gündür Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında toplaşaraq övladlarının vəziyyəti ilə bağlı izahat tələb edirlər.
Erməni ailələr övladlarının zor gücünə müharibəyə göndərildiyini, amma indi onlardan əsər-əlamət qalmadığını deyirlər.
Erməni xəbər agentlikləri də bu müharibənin ən şiddətli olduğu yerin Qarabağ bölgəsinin cənubunda, İranla sərhəd bölgədə olduğunu bildirib və əsgərlərin İran torpaqlarına qaçma ehtimalının çox olduğunu iddia edirlər.

Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |