Şrift:
Türkiyədə koronavirusa yoluxma halı artmaqda davam edir
23.11.2020 [10:52] - Gündəm, Sosial
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası riskini azaltmaq üçün sərtləşdirilmiş tədbirlər davam edir. Noyabrın 21-də olduğu kimi bu gün də yerli vaxtla saat 20.00-dan etibarən bütün ölkə üzrə küçəyə çıxmaq qadağandır. Məhdudiyyət səhər saat 5.00-dək qüvvədədir.

Qardaş ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, noyabrın 22-də Türkiyədə 155 min 516 nəfər testdən keçirilib. Onlardan 6 min 17-sinin nəticəsi müsbət çıxıb. Gün ərzində bu xəstəlikdən 139 nəfər ölüb, 3 min 812 nəfər isə sağalıb. İndiyədək 17 milyon 245 min 617 nəfər testdən keçib və 446 min 822 şəxsdə infeksiya aşkar olunub. Hazırda gündəlik yoluxma və ölüm halında sürətli artım müşahidə olunur.
Bu xəbər oxucular tərəfindən 288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed