23.11.2020 [11:08] - Xəbərlər, Mədəniyyət
Özbəkistanın “azon.uz” portalı özbək dilində “İrəvanın viran qoyulan məscidləri” adlı iki hissəli böyük məqalə çap edib.
Material İrəvandakı Göy məscid haqqında məlumatla açılır. Bildirilir ki, məscid 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə Azərbaycan memarlıq üslubunda tikilib. Məbədin eni 66, uzunluğu 97.2 metrdir və ölçüsünə görə şəhərin ən böyük məscidi olub. Müxtəlif zamanlarda məscidin minarələri və bir hissəsi dağıdılıb, qalan ərazidən digər məqsədlər üçün istifadə olunub.
Vurğulanır ki, 1832-ci ildə İrəvan şəhərində 12 məscid qeydə alınıb: Came məscidi, Qala məscidi, Şah Abbas məscidi, Zal xan məscidi, Novruzəli bəy məscidi, Sərtib xan məscidi, Hüseynəli xan məscidi, Hacı İmamverdibəy məscidi, Hacı Cəfərbəy məscidi və s.
Yazıda bu məscidlərin hər biri haqqında ətraflı məlumat verilir, o vaxtlar İrəvanda olan məşhur ingilis səyyahı Henri Lanç, Britaniya səyyahı Tomas de Vall və digər müəlliflərin əsərlərindən sitatlar gətirilir.
Məqalədə qeyd olunur ki, 1904-cü ildə Zəngəzur və İrəvan quberniyalarının ərazisində 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 məscid fəaliyyət göstərib. Bu, bölgədə müsəlman əhalisinin sürətlə artması və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyə malik olmasının göstəricisidir.
Materialda Qarabağ münaqişəsindən də söhbət açılır.

Bu xəbər oxucular tərəfindən 410 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |