23.11.2020 [12:56] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Hesab edirəm ki, dekabrın 1-nə qədər bir az səbrli davranmağımız vacibdir, çünki bu bəyanatın həyata keçməməsində maraqlı olan tərəflər mövcuddur”
“Türkiyə ilə ortaq ordu yaratmaq və ya hərbi baza məsələsini ortaya qoyacayıqsa, bunun heç kimə aidiyyatı yoxdur”
“Rusiyanın bura ermənilərin müdafiəçisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, o cümlədən xristian-müsəlman davasında tərəf kimi gəlməsi projeləri vardı”
Bugünkü sayımızda Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, sabiq deputat Fərəc Quliyevlə 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanan Qarabağ münaqişəsinin həllinə dair bəyanat, Turan Ordusu, qardaş Türkiyənin Azərbaycanda hərbi baza qurma ehtimalı, Rusiya sülhməramlılarının fəaliyyəti və digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
“Bu, həm də ikinci Qarabağ savaşının birinci mərhələsi kimi də qəbul olunmalıdır, çünki proses hələ bitməyib”
– Fərəc bəy, noyabrın 10-da imzalanan bəyannaməni necə dəyərləndirirsiniz?
– Əvvəla, qeyd edim ki, müharibə hələ qurtarmayıb. Qəbul olunan sənəd sadəcə, atəşkəs sənədidir. İndiyə qədər iki atəşkəs olmuşdu, bu isə üçüncü atəşkəsdir. Bunu bütün cəmiyyət belə qəbul etməlidir və əhvalı düşməli deyil. Yəni bir əsgər kimi savaşa hazır olmaq lazımdır. Ən pis halda, əgər sabah atəşkəsin müddəaları yerinə yetirilməzsə, o zaman biz yenidən ərazi bütövlüyümüzü təmin etmək üçün hərbi əməliyyatlara başlaya bilərik. Bildiyiniz kimi, bu müddət ərzində, Azərbaycan ordusu və xalqı, o cümlədən diasporamız bir yerdə böyük nailiyyətlər əldə etmişik. Bunu bizə vermədilər, özümüz əldə etdik. 27 ildir bizi aldadanlar, ATƏT-in Minsk Qrupu daha çox işğal altındakı torpaqlarımızı qaytarmamaq fəaliyyəti göstərirdilər. Amma Azərbaycan xalqı çox ciddi şəkildə səy göstərdi və bugünkü nailiyyətləri əldə etdik. Odur ki, bu, zəfər kimi qəbul olunmalıdır. Hesab edirəm ki, bu, həm də ikinci Qarabağ savaşının birinci mərhələsi kimi də qəbul olunmalıdır. Bir daha qeyd edim ki, proses hələ bitməyib. Sadəcə olaraq, indiki ana qədər əldə olunanların qorunması üçün bir davranış lazımdır, biz nailiyyətlərimizi itirməli deyilik. 1992-ci ildə oxşar vəziyyət yaranmışdı, Azərbaycan ordusu Xankəndinin 7 kilometrliyinə qədər getmişdi. Lakin nailiyyətləri qoruyub saxlaya bilmədi. Bu gün bizim milli məqsədlərimizdən biri əldə olunan nailiyyətləri qoruyub saxlamaq və inkişaf etdirməkdir. Bizim üçün çərçivə aydındır və beynəlxalq konvensiyalarda da bu, təsbit olunub. Artıq hər kəsin dilində o var ki, Azərbaycan tərəfi BMT-nin 4 qətnaməsinin icrası ilə məşğul idi. Çünki həmin qətnamələrdə nəzərdə tutulanları BMT özü etmədi və yaxud da bu işi digər səlahiyyətli dövlətlərə həvalə etmədi. Mən BMT-nin baş katibinə də müraciət göndərmişdim ki, biz sizin işinizi görürüksə, bu əməliyyatlara sərf olunan xərcləri siz ödəməlisiniz, minaların təmizlənməsi, infrastrukturun qrurulması işini siz həyata keçirməlisiniz. Həmçinin, təzminat məsələsi də siz həll etməlisiniz. Bu, başqa dövlətlərdə də belə olub.
Onu da qeyd edim ki, indi arxayın düşməyə, çəkilib nəyisə gözləməyə dəyməz. Doğrudur, bəyanatda müddəalar var və orada qrafiklər əks olunub. Hesab edirəm ki, dekabrın 1-nə qədər bir az səbrli davranmağımız vacibdir. Çünki bu bəyanatın həyata keçməməsində maraqlı olan tərəflər mövcuddur. Məsələn, Fransa kimi dövlətlər açıq şəkildə bunu qüvvədən salmağa çalışır. Həmçinin Ermənistanda bir qrup bu şüarlarla çıxış edir. Bundan başqa, Kreml özü iki qülləlidir. Bir qüllə bu məsələdə heç maraqlı deyil. O cümlədən, Türkiyənin bura gəlməsində maraqlı olmayan çox ciddi güclər var. Bu səbəbdən də biz heç kimə bəhanə vermədən dekabrın 1-nə qədər ehtiyatlı davranmalıyıq. Və tələblərimiz yerində olmalıdır ki, qrafikə əməl olunsun, ermənilər ərazilərimizdən çıxarkən oraları dağıtmasınlar, sülhməramlılar öz iş prinsipinin çərçivəsindən kənara çıxmasınlar. Düşünürəm ki, indiyə qədər əldə etdiyimiz nailiyyətlər gerçəkdən maksimum nailiyyətlərdir. Heç kim təsəvvür edə bilməzdi ki, 6 ay əvvəl Paşinyanın yallı getdiyi yerdə bu gün Azərbaycan əsgərləri yallı gedəcək. Bu, çox ciddi uğurdur və ayın 1-nə qədər dinc yolla, savaşsız 3 rayonumuzun da qaytarılması təmin olunacaqsa, bu da böyük nailiyyətdir. Amma hesab edirəm ki, bu, qəti qələbə deyil. Qəti qələbə çalmaq üçün cəmiyyət olaraq hamımız bir yerdə çox amansız dinc savaşa hazır olmalıyıq.
“Prinsip etibarı ilə Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq və ya hansısa bölgəyə statusun verilməsi məsələsi yoxdur”
– Rusiya prezidenti Vladimir Putin bugünlərdə “Rusiya-24” telekanalına müsahibəsində Dağlıq Qarabağın status məsələsinin növbəti mərhələdə müzakirə olunacağına işarə etdi. Necə düşünürsünüz, Dağlıq Qarabağın statusu Rusiyanın nəzarəti altında rəsmiləşə bilərmi?
– Bu, mümkün deyil. Ümumiyyətlə, qeyd edim ki, son 45 gündə Putin administrasiyasının davranışı bizi qane edir. Belə ki, xarici işlər naziri Sergey Lavrovun komandasının bir çox məsələlərdə ikrah doğuracaq davranışına, hərəkətlərinə Peskov özü normal şəkildə cavab verirdi. Əlbəttə, bizim maksimum gözləntilərimiz olmasına baxmayaraq, əvvəlki Rusiya ilə müqayisədə son 45 gündəki davranış tamam fərqli idi. Ən azından, açıq bir müdaxilə olmadı. Təbii, özləri də etiraf edirlər və Putin də son çıxışında bildirdi ki, biz balansın pozulmaması üçün Ermənistana silah verirdik. Biz bunları bilirdik, lakin prinsipcə, bu dəfə Rusiyanın mövqeyi öncəkilərdən fərqli idi. Putin son müsahibəsində Azərbaycanın öz ərazisində savaş apardığını, ərazi bütövlüyünü təmin etdiyini bəyan edib. O cümlədən, onun qeyd etdiyi digər məsələlər onu göstərir ki, Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Status məsələsinə gəlincə, biz əvvəldən də bəyan etmişik ki, sülhməramlılar sadəcə olaraq, öz nizamnamələrinə uyğun davranış nümayiş etdirə bilərlər. Mülki idarəetməyə heç kim qarışa bilməz. Azərbaycan ərazilərinin istənilən yerində, o cümlədən Qarabağın istər aran, istərsə də dağlıq hissəsində yaşamış erməni əsilli azərbaycanlılar da Azərbaycan pasportu ilə ölkəmizin konstitusiyasına uyğun fəaliyyət göstərəcəklər. Bu gün bizə basqı kimi görünənlər səngiyir və sərgiyəcək. Türkiyə ordusunun da burda olması artıq bir çox məqamlarda balansı daha normal şəkildə təmin edəcək. Hesab edirəm ki, biz məsələni kataklizmalarsız yoluna qoya bilərik. Çünki bu gün Rusiya özü bir yol ayrıcındadır. Ya əvvəlki imici ilə davam etməyə çalışmalıdır və biz də bunun qarşılıqında onun burdan çıxarılması üçün yollar aramalıyıq, ya da gerçək sülhməramlı kimi görsənməyə çalışmalıdır ki, Ukrayna, Moldova, Osetiya və digər yerlərdə bataqlığa batdığı kimi burda da bir bataqlıq effekti ilə rastlaşmasın. Odur ki, Rusiya burda öz funksiyalarını normal yerinə yetirdikdən sonra əməkdaşlıq üçün yeni imkanlar açıla bilər. Məncə, Rusiya üçün də belə lazımdır. Ümumiyyətlə, böyük siyasətdə kənardan basqılar da Türkiyə ilə Rusiyanın bir yerdə olmasını daha da zəruri edir. Bu və sadalamadığım digər amillər onu deməyə əsas verir ki, status məsələsi ilə bağlı ifadələr artıq gömülmüş məsələlərdir. Hələlik biz dekabrın 1-nə qədər gözləyirik, bundan sonra isə bir çox məsələlər müzakirə olunacaq. Məsələn, ermənilər hansı şərtlə gəlib yaşayacaqlar, ümumiyyətlə onlar Azərbaycan Konstitusiyasına uyğun olaraq yaşamaq istəyirlərmi? Əgər istəmirlərsə, onda elə bu başdan getmələri lazımdır. Yəni bütün detallar müzakirə olunacaq. Lakin prinsip etibarı ilə Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq və ya hansısa bölgəyə statusun verilməsi məsələsi yoxdur. Odur ki, bütün digər bölgələr kimi bu bölgə də öz normal həyatına qayıdacaq.
“Kimin nə arzulamasından asılı olmayaraq, bura gəlmiş hərbi kontingent ancaq sülhməramlı məqsədlər çərçivəsində fəaliyyət göstərə bilər”
– Sizcə, bu gün Qarabağda yerləşdirilən rus qoşununu həqiqətən də sülhməramlı kimi qəbul etməyə dəyərmi?
– Bunu hamı bilir ki, bizim rus qoşunlarını dəvət etmək fikrimiz olmayıb. Amma yaranmış vəziyyətdən, şərtlərdən və bəyanatda qeyd olunan müddəalardan sonra onlar burdadırlar. Onlar bu anlaşmanın həyata keçməsi üçün sülhməramlı missiyasını yerinə yetirmək funksiyasını üzərlərinə götürüblər. Əgər biz Azərbaycan olaraq, dünyadan təcrid olsaydıq, daxildə öz məsələlərimizi həll edib bitirmişdik. Amma bu, belə deyil. Qeyd edim ki, Rusiyanın bura ermənilərin müdafiəçisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, o cümlədən xristian-müsəlman davasında tərəf kimi gəlməsi projeləri vardı. Biz isə onları öz çərçivəmizdə sülhməramlı qüvvə kimi gətirməklə bir sıra uduşlara imza atdıq. Məsələn, belə bir ssenari müəyyənləşdirək ki, rus ordusu yox, başqa bir ordu sülhməramlı qismində gəlib və biz də Ermənistanı öz sərhədlərinə qədər geri çəkmişik. Bu zaman onlar mütəmadi olaraq sərhəddə insident yaradacaq, müxtəlif təxribatlara əl atacaqdı. Bizim də səbrimizin bir sonu olduğu üçün onlara cavab verəcəkdik. Məhz bu anda Rusiya ilə toqquşacaqdıq, yoxsa yox? Bu, çox ciddi sualdır. Əgər toqquşma baş verərsə, onda Türkiyə də bu məsələyə qarışıb burda nəhəng müharibə olacaqdı, yoxsa yox? Mən bununla Azərbaycan xalqının və ordusunun kimdənsə, nədənsə qorxduğunu demək istəmirəm. Sadəcə olaraq, bizi hədəflərdən, suverenliyimizi təmin etmək məqsədindən yayındırıb, heç bir hədəfimiz olmadan başqa bir ordu ilə toqquşmaya getmək nə qədər sərfəlidir? Təbii ki, bu, bizim üçün sərfəli deyil. Ona görə də bu gün rus ordusunun sülhməramlı şəkildə fəaliyyətini Azərbaycanın milli məqsədlərinə, maraqlarına uyğunlaşdırmaq üçün çalışmalıyıq. Qeyd etdiyim kimi, savaş hələ bitməyib və proses diplomatik masada davam edəcək. Odur ki, kimin nə arzulamasından asılı olmayaraq, bura gəlmiş hərbi kontingent ancaq sülhməramlı məqsədlər çərçivəsində fəaliyyət göstərə bilər. Əgər bizə uyğun olmayan, qanunları pozan davranış olarsa, o zaman adekvat düşünmək məcburiyyətində qala bilərik.
“Putinin öz dili ilə desəm, müttəfiqlərini seçmək Azərbaycanın daxili işidir və buna görə də biz bu məsələdə heç kimdən məsləhət almayacağıq”
– Fərəc bəy, özümüzü mümkün təhlükələrdən sığortalamaq üçün Azərbaycanda qardaş Türkiyənin hərbi bazasının yaradılması mümkündür?
– Türkiyənin milli müdafiə naziri Hulusi Akar son müsahiblərinin birində qeyd edib ki, əgər sözügedən anlaşma pozularsa, müharibə hər an başlaya bilər. Biz atəşkəs sazişi bağlamışıq, məsələnin dinc yolla həll olunmasında maraqlıyıq. Onu da bildirməliyəm ki, bura gələn Türkiyə əsgərləri müşahidəçi deyillər, hər şeyə müdaxilə edəcəklər. Azərbaycan tərəfi onlara imkan verib. 2010-cu ilin avqust müqaviləsində də bunlar təsbit olunub. Hərbi bazaya gəlincə, bu, tamamilə mümkün məsələdir. Bildiyiniz kimi, Rusiyanın Ermənistanda hərbi bazası var. Bundan əlavə, ortaq orduları da mövcuddur və onu da elə yerdə yerləşdiriblər ki, Naxçıvanla Qarabağ arasında olsun. Odur ki, biz Türkiyə ilə ortaq ordu yaratmaq və ya hərbi baza məsələsini ortaya qoyacayıqsa, bunun heç kimə aidiyyatı yoxdur. Çünki bu, bizim öz işimizdir. Odur ki, bu məsələdə heç kimlə məsləhət almalı deyilik. Biz bütün qonşu dövlətlərlə xoş münasibətdəyik, əməkdaşlıqda maraqlıyıq və heç kimi təhdid edən qrup yaratmırıq. Biz sadəcə, müdafiə olunmaq, təhlükəsizliyimizi təmin etməklə bağlı olaraq bu cür davranırıq. Putinin öz dili ilə desəm, müttəfiqlərini seçmək Azərbaycanın daxili işidir. Buna görə də biz bu məsələdə heç kimdən məsləhət almayacağıq.
“Türkiyənin bu bölgəyə gəlməsi, Azərbaycan-Türkiyə münasibətlərinin bölgədə aparıcı yerdə olması, o cümlədən Naxçıvan dəhlizinin açılmasından sonra Türk dünyasına inteqrasiya dərinləşəcək”
– Son günlər belə bir fikirlər səsləndirilir ki, artıq Turan Ordusu yaranmaq üzrədir. Sizcə, hazırda belə bir ehtimal var?
– Xatırlayırsınızsa, formal olaraq, Turan Ordusu adlı bir qurum yaranıb. Amma bu savaş dönəmində biz Türkiyə istisna olmaqla, digər Türk Cümhuriyyətlərindən arzuladığımız dəstəyi görmədik. Belə ki, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan bu dönəmdə bir bəyanat şəklində münasibət bildirmək, yaxud laqeyd münasibət səgliləmək mövqeyindən çıxış etməli deyildilər. Halbuki, Pakistan, Ukrayna, Gürcüstan, İsrail, Macarıstan, İngiltərə və digər ölkələr çox fərqli davrandılar. Hətta ABŞ özü də bizim mövqeyimizə qarşı olan bir münasibət sərgiləmədi. Hesab edirəm ki, artıq Türkiyənin bu bölgəyə gəlməsi, Azərbaycan-Türkiyə münasibətlərinin bölgədə aparıcı yerdə olması, o cümlədən Naxçıvan dəhlizinin açılmasından sonra Türk dünyasına inteqrasiya dərinləşəcək. Zaman da onu göstərdi ki, biz istəsək də, istəməsək də düşmənlərimiz, bizə qarşı fəaliyyət birdir. Bütün bunlar isə bizim bir yerdə olmağımızı zəruri edir. Yəni, bu, bir millət olmaqdan, mənəvi bağlılıqdan daha çox geopolitik reallığın tələbidir. Yeni dünya düzənində “Ya idarə olunansan, ya da idarə edən” sualının cavabı üçün mütləq bir yerdə olmaq lazımdır. Odur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, biz ortaq gələcəyimizi birlikdə qurmalıyıq. Bu, bütün dünyaya fayda verən bir məsələdir. Yəni bizim yaradacağımız blok başqa bloklardan fərqli olaraq, imperiya ambisiyasında, qonşu dövlərlərə qarşı ərazi iddiasında, irqi təmizləçədə maraqlı deyil. Biz daim mədəniyyət gətirən etnos olmuşuq və bu gün də o cür varıq. Həm özümüzün yaxşı, firəvan yaşamağımız üçün təhlükəsizliyimizi təmin edirik, həm də “qonşularla sıfır problem” siyasətinə üstünlük veririk. Məncə, buna ciddi şəkildə əl qoymaq lazımdır. Hesab edirəm ki, türk etnosu olaraq bizim bu bölgədə qazandığımız uğurlar Orta Asiyaya da siraət edəcək, öz təsirini göstərəcək.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU
Bu xəbər oxucular tərəfindən 499 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |