Şrift:
Şamaxının şimal dağ kəndlərində qarın hündürlüyü 10-15 santimetrə çatıb
24.11.2020 [11:14] - Gündəm, Bildiriş
Son iki gündə Şamaxıya, xüsusilə şimal dağlıq ərazilərinə qar yağıb.

Rayonun şimal ərazilərində qarın qalınlığı 10-15 santimetrə çatıb. Ən çox qar Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, qar payızlıq əkin sahələri üçün olduqca sərfəlidir. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvericilərin də kütləvi qırılmasına səbəb olacaq.

Ötən gündən başlayaraq Şamaxı-Pirqulu avtomobil yolunda qarın təmizlənməsi işlərinə start verilib. Bunun üçün kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub. Yola qum-duz qarışığı tökülüb. Hazırda magistral və kənd yollarında hərəkət normaldır.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed